Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyədə səfərdədi. SİA-nın xəbərinə görə, səfər çərçivəsində Ə.Həsənov TRT-nin baş direktoru Şenol Göka ilə görüşüb. Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərindən bəhs edilib. "Bir millət, iki dövlət" deyimini vurğulayan tərəflər iki ölkə arasındakı münasibətlərdə medianın rolundan da söz açıblar.Ş.Göka bildirib ki, həm TRT-də, həm də radioda türkcə deyilən sözləri 3 dildə səsləndirən "səsli sözlük" layihəsi üzərində başlayan iş yekunlaşmaq üzrədir: "Radio və televiziyada səslənən türkcə kəlmələr həm Türkiyə türkcəsi, həm Azərbaycan türkcəsi, həm də Türkmənistan türkcəsi ilə səsləndiriləcək. Bu layihə bir-birimizə yaxınlaşmağa daha da kömək olacaq. Bəlkə də burdan bir-birimizi daha yaxşı anlayacağıq".Ə.Həsənov sözügedən layihəni çox yaxşı təşəbbüs kimi dəyərləndirib.Görüşdə Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov da iştirak edib.
sia.az