"Azərbaycan dövlətinin əsas məqsədi ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdir. Bunun üçün müəyyənləşdirilmiş beynəlxalq format mövcuddur". Bu fikirləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bəzi media orqanlarında rəsmi Moskvanın rəsmi Bakı ilə gizli Dağlıq Qarabağ danışıqları aparması iddialarına münasibətini açıqlayarkən deyib.Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Birləşmiş Millətlər Təşkilatının (BMT) mandatına uyğun olaraq ATƏT-in Minsk qrupu fəaliyyət göstərir ki, torpaqlarımızın erməni seperatçılarından azad olunması yönündə danışıqlar da məhz bu format çərçivəsində həyata keçirilir: "Hesab edirəm ki, indiki şəraitdə hansısa başqa dövlətin köməyi ilə danışıqların aparıldığını iddia etmək doğru deyil. Digər bir tərəfdən əgər nəticə etibarı ilə hansısa danışıqlar ərazi bütövlüyümüzün bərpasına xidmət edəcəksə, ən müxtəlif formatlarda danışıqların aparılmasını məqbul saymaq olar".
sia.az