PDF Oxu

Siyasət

  • 24

Mərkəz sədri: “Seyran Ohanyanın davranışı özünü göstərəcək”

Mərkəz sədri: “Seyran Ohanyanın davranışı özünü göstərəcək”

"Son vaxtlar Ermənistan ordusunda baş verən hallarda ən əsas məqam Ermənistanın müdafiə naziri Seyran Ohanyanın davranışının dəyişməsidir. Erməni xalqı kriminala meyillidir. Kriminal avtoritetlərinin erməni xalqı içərisindəki nüfuzu həmişə digər kateqoriyadan olan tanınmış şəxslərin nüfuzunu üstələyib". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda keçirdiyi brifinqdə deyib.Politoloqun sözlərinə görə, Ermənistanın siyasi prosesləri indinin özündə də məhəllə kriminal avtoritetləri vasitəsilə idarə olunur: "Şəhərlərdə hər hansı küçənin, rayonlarda isə hər hansı kəndin seçki zamanı necə səs verəcəyini yalnız kriminal avtoritetlər müəyyənləşdirir. Ermənistan rəhbərliyi özü idarəetməni belə strukturlaşdırıb. Kriminal mühitdə böyüyən erməni gənc orta məktəb skamyasından birbaşa hərbi xidmətə yollanır. Hər-halda ali məktəbə getsəydi, bəlkə də şüurunda müəyyən pozitiv dəyişiklik yaranardı. Ermənistan mentalitetinə və qanunvericiliyinə görə, hərbi xidmət təhsildən üstündür. Ona görə beyni formalaşmamış və küçə əxlaqının təsiri altında olan erməni gənci orduda da özünü bu qaydada aparır. Ermənistanın ictimai-siyasi xadimlərində isə mif yaratmaq, yalanı həqiqətdən üstün tutmaq fəxr sayılır".M.Əhmədoğlu bildirib ki, erməni ictimai- siyasi xadimlərinin öz orduları haqqında yaratdığı obrazla real vəziyyət tamam fərqlidir: "Ermənistanın müdafiə naziri S.Ohanyan bir kursantın ölümünə görə Vazgen Sarkisyan adına hərbi məktəbin ən az 30 hərbi qulluqçusunu işdən azad etdi. İçərisində general rütbəli vəzifəli şəxslərin də olduğu vəzifədən azad olunanların böyük əksəriyyəti polkovnik və mayor rütbəli şəxslərdir. Bu vaxtadək də bir neçə dəfə erməni əsgərlər bir-birini öldürmüşdülər. Erməni zabitlər tabeçiliyində olanlara işgəncələr vermişdi. Bir kursant ölümü 30 hərbçini sıradan çıxardı. Bir əsgər ölümü bəzən 4-5 nəfərin işdən çıxarılması və ya həbs olunması ilə nəticələnir".Əlavə olunub ki, Ermənistan işğalçı dövlətdir: "Buna görə də müharibə vəziyyətindədir. Həm də Ermənistanda başa düşürlər ki, yalnız yaxın zamanlarda baş verəcək müharibədə ermənilərin nəzəri cəhətdən azərbacanlıların qabağında güc nümayiş etdirmək imkanları var. S.Ohanyan bunu gizlətmir. Ona görə preventiv strategiyanı ortalığa qoydu və prezident S.Sarkisyana təsdiq etdirdi. Eyni zamanda, S.Ohanyan 2018-ci ilin prezident seçkilərinə də iddialıdır. Ermənistanda vəziyyət sabitləşsə, ekstremal hal baş verməsə, prezident seçkiləri 2018-ci ildə keçiriləcəkdir. Amma S.Ohanyan Ermənistanda prezident seçkilərinin vaxtından əvvəl keçirilməsi ehtimalını da nəzərə alır. Bir az da ümumiləşdirsək, həm hərbi, həm də siyasi proseslər vaxt baxımından S.Ohanyanı sıxır. Ona görə S.Ohanyan bir tərəfdən populist addımlar atmalıdır: Erməni kursantının ölümündən ötrü 30 yüksəkçinli zabiti işdən çıxardı. Qarşıdakı prezident seçkilərində bu S.Ohanyan üçün hədsiz çox siyasi kapital gətirəcəkdir. Digər tərəfdən, onun belə addımı hərbi professionalizmə ziddir. 1 gün içərisində mayor və ya polkovnik olmaq mümkün deyil. S.Ohanyan başa düşür ki, onun belə davranışı sabah ön xətdə özünü göstərəcək".

sia.az

Digər xəbərlər