PDF Oxu

Siyasət

  • 16

"Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi tarixi uğurdur"

"Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi tarixi uğurdur"

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvü Nigar Səfərova

"Avropa Oyunları Avropanı əhatə edən 49 Milli Olimpiya komitəsindən olan atletlər üçün çox idman növlü tədbirdir və dörd ildə bir dəfə keçirilir. Ötən il Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının toplantısında, Avropanın milli olimpiya komitələrinin əksər səs çoxluğu ilə Avropa Oyunları yaradılıb.Məlum olduğu kimi, Avropa Olimpiya Komitəsi ilk Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi ilə bağlı tarixi qərar verilib. Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ölkəmizin çox böyük tarixi uğurdur. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməyib və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur. Bu uğurun mərkəzində Azərbaycanda gənclərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunması, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün atılan addımlar dayanır. Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi, ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından xəbər verir. Bunun bariz nümunəsi cənab Prezidentin "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncamı idi. Bütün bunlar ölkədə aparılan məqsədyönlü siyasətin uğurları, cənab Prezidentin ölkə gəncliyinə olan yüksək diqqət və qayğısının göstəricisidir".

sia.az

Digər xəbərlər