PDF Oxu

Siyasət

  • 14

ABŞ rəsmisi: "Azərbaycanlı girovlar qaytarılmalıdır"

ABŞ rəsmisi: "Azərbaycanlı girovlar qaytarılmalıdır"

"Ermənistanda saxlanılan azərbaycanlı girovlar qaytarılmalıdırlar". SİA-nın xəbərinə görə, bu sözləri bunu çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bildirib.O bildirib ki, bu, humanitar addım kimi həyata keçirilməlidir: "Mən bu nöqteyi-nəzəri sabah Yerevanda səsləndirəcəyəm".

Nulanda həmçinin qeyd edib ki, ABŞ son vaxtlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsindən narahatdır: "Biz zorakılığa son qoyulmasının istərdik, biz tərəflərin masa arxasına qayıtmasını istəyirik. Biz bu prosesi dəstəkləmək istəyirik"

sia.az

Digər xəbərlər