PDF Oxu

Siyasət

  • 29

Ellada Məmmədli: “Bu, rəhbərliyin mesajı deyil”

Ellada Məmmədli: “Bu, rəhbərliyin mesajı deyil”

"Bu fikirlər qurultaydan sonra, məhz Müsavat Partiyasının rəhbərliyinin müşavirləri, müavinləri tərəfindən partiyanın sosial şəbəkədə olan qapalı qrupunda yazılan fikirlərdir. Bununla bağlı dəfələrlə qarşı tərəfə iradımı çatdırmışam". Bu fikirləri SİA-ya Müsavat Partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli onun istefası, eləcə də Qadınlar Birliyinin buraxılması barədə hazırlıq işlərinin aparılması məsələsinə münasibətini bildirərkən deyib.Müsavat funksioneri qeyd edib ki, Vəfa Cümşüdlü də Divanın toplantısında iştirak edən digərləri guya qadınlar birliyinin öz funksiyasını icra edə bilmədiyini dilə gətirib: "Yəni bütün bunlar heç bir normal çərçivəyə sığmayan, qəzəbli, kinli ifadələrdən başqa bir şey deyil. Bu mesaj şəxsən rəhbərliyin özündən deyil, ətrafından gələn mesajdır".Ellada Məmmədli sabiq başqan İsa Qəmbərin Müsavat Partiyasının idarəçiliyində rolu olması, Arif Hacılıya təlimatlar verməsi barədə yayılan fikirlərə də münasibətini bildirərkən deyib ki, əslində, bu barədə fikir bildirmək istəməzdi: "Kimin-kim olduğu, kimin vəzifəsini necə icra etdiyi və yaxud necə başqan olması göz önündədir. Buna şərh vermək istəməzdim".

sia.az

Digər xəbərlər