PDF Oxu

Siyasət

  • 26

Vaqif Abışov: “Müxalifətə qrant verənlər…” AÇIQLAMA

Vaqif Abışov: “Müxalifətə qrant verənlər…” AÇIQLAMA

"Hesab edirəm ki, AXCP və Müsavat partiyaları Azərbaycanda keçirilən iqtidar-müxalifət dialoquna qatılmamaqla qınaq obyektinə tuş gəlməlidirlər". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) humanitar məsələlər üzrə katibi Vaqif Abışov AXCP və Müsavat partiyalarının beynəlxalq təşkilatların təşkil etdikləri dialoqda iştirak etdikləri halda Azərbaycanda keçirilən iqtidar-müxalifət dialoquna qatılmamalarına münasibət bildirərkən deyib.BAXCP rəsmisinin sözlərinə görə, ümumi Azərbaycan, Vətən və ölkəmizdə demokratiyanın inkişafı ilə bağlı məsələdə hər bir siyasi təşkilat iqtidar-müxalifət dialoqunda iştirak etməli idi: "Ancaq sözügedən partiyaların Azərbaycanda deyil, beynəlxalq təşkilatların təşkil etdiyi dialoqda iştirakları yanlışdır və qəbul olunmazdır. Yadda saxlamaq lazımdır ki, xarici burada müəyyən mənfəət güdür ki, Azərbaycanda hər hansı bir təşkilatı öz tərəfinə çəksin və ondan istifadə etsin".V. Abışov deyib ki, heç kimə sirr deyil ki, radikal müxalifət xaricdən nəinki bir milyon, hətta on milyonlarla məbləğdə qrant alıb: "Həmin qrantı onlara verənlər isə qarşılığında radikal müxalifətdən nəsə gözləyir. Heç bir beynəlxalq təşkilat Azərbaycanın ağır dərdinə yanan deyil. 1994-cü ildən bu yana bir dəfə də olsun ABŞ, Fransa, Rusiya kimi güclü dövlətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində heç bir təşəbbüs göstərməyiblər. Belə olan təqdirdə onlar Azərbaycana nə gün ağlayacaq ki, radikal müxalifər gedib bu dövlətlərin toplantısında iştirak edir".

sia.az

Digər xəbərlər