PDF Oxu

Siyasət

  • 33

Ölkəmizdə qış turizm bazasının yaradılması mövsümlük anlayışını aradan qaldırıb

Ölkəmizdə qış turizm bazasının yaradılması mövsümlük anlayışını aradan qaldırıb

\r\n

\r\n

\r\n İyirmi birinci yüzillikdə Azərbaycan demokratik, müstəqil dövlət olmaqla yanaşı, siyasi cəhətdən yetkin, iqtisadi potensiala malik dövlət olaraq qəbul edilir. Son illər həyata keçirilən sosial-iqtisadi yönümlü layihələr, dövlət proqramları, siyasi sabitlik Azərbaycanın inkişafına töhfəsini verib. Bu və ya digər amillər ölkəmizdə turizmin daha da inkişafına səbəb olub. Ölkədə yüzlərlə turizm şirkətinin fəaliyyəti, turizm marşrutlarının yaradılması, beşulduzlu otellərin istifadəyə verilməsi, eləcə də peşəkar kadların hazırlanmasına diqqətin artırılması Azərbaycanın turizm ölkəsi tək tanınmasında əsas amillər sırasındadır.

\r\n

\r\n Qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu otellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafına xüsusi fikir verilir. Prezident İlham Əliyevin rəhbərliyi altında bütün ölkə üzrə turizm marşrutlarının müəyyənləşdirilməsi və bununla bağlı bölgələrdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, son bir neçə ildə beşulduzlu otellərin açılması ilə dünyanın ən məşhur otel brendləri Azərbaycana gəlib. Paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin nümunəsinə çevrilib.

\r\n

\r\n Mövcud olan irəliləyiş və nailiyyətlər dünyanın hər bir qitəsindən olan turistləri Azərbaycana gətirir. Bu gün Azərbaycan ilin istənilən fəslində turistləri qəbul etmək gücündədir. Ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması mövsümlük anlayışını aradan qaldırmaqla davamlı turizmə nail olmağa şərait yaratdı. Belə ki, turizm sahəsində məqsədli şəkildə həyata keçirilən layihələr qış turizminin inkişafına da yeni yollar açdı. Şahdağ Qış-Yay Turizm Kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirib çıxardı. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən biri olan Şahdağ Qış-Yay Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir. Bu layihənin reallaşdırılması respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açıb. \"Şahdağ\" Qış-Yay Turizm Kompleksində inşa edilən otellərdə təqdim edilən yüksək şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını bir daha təsdiqləyir və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını göstərir.

\r\n

\r\n Qeyd edək ki, \"Şahdağ\" Qış-Yay Xizək Kurortu, xizək infrastrukturu sırf dövlət tərəfindən yaradılan layihədir. Kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident Cənab İlham Əliyevin iştirakı ilə qoyulub. O vaxtdan görülən işlər nəticəsində \"Şahdağ\" Qış-Yay Turizm Kompleksinə çəkilən avtomobil yolu genişləndirilib, körpülər tikilib, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilib.

\r\n

\r\n İlboyu fəaliyyət göstərmək iqtidarında olan kompleksdə inşa edilən otellər bu istirahət məkanına marağı daha da artırır. Bu ölkəmizə yeni investisiyalar gətirməklə yanaşı, həm də şimal zonasında yaşayan əhali üçün əlavə şərait yaradılmasında əhəmiyyətlidir. Belə ki, Şahdağ Kurort Mərkəzində çalışanların 80 faizi yerli sakinlərdir.

\r\n

\r\n Məlumdur ki, \"Şahdağ\" kompleksinin inşası bir neçə mərhələdə aparılır. Hər il Şahdağda bir-birindən gözəl yeni otellər açılır. Belə ki, \"Şahdağ\", \"Qaya\", \"Zirvə\", \"Pik Palas\" otellərinin açılışı Azərbaycanda turizmin inkişafına təkandır. Bu yaxınlarda sayca beşinci olan \"Park Chalet\" oteli istifadəyə verilib. Burada bütün lazımi şərait yaradılıb. \"Park Chalet Shahdag\" oteli beynəlxalq standartlara cavab verən, yerləşdiyi ərazi, orijinallığı və digər spesifik xüsusiyyətləri ilə seçilən məkandır. Oteldə müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Bütün bunlar sübut edir ki, paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin nəticəsidir. Bu çərçivədə \"Park Chalet\" otelində yaradılan gözəl şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını bir daha təsdiqləyir. Burada turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq. Oteldəki restoranlar, barlar və istirahət guşələri dağlarda zövqlə nahar etmək üçün nadir vəhdət yaradır. Bu gün \"Şahdağ\" Qış-Yay Turizm Kompleksi dünya səviyyəli turizm mərkəzinə çevrilib.

\r\n

\r\n Əldə olunan nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, ölkəmizə artan maraq gündən-günə çoxalır, beynəlxalq aləmdə tanınır. Turizm sənayesinin inkişafı, onun infrastrukturunun əsas amillərindən olan mehmanxanaların sayının artması ölkəmizdə bu sahənin müsbət inkişafından xəbər verir.

\r\n

\r\n

\r\n

\r\n NƏZAKƏT

\r\n

\r\n

\r\n

Digər xəbərlər