PDF Oxu

Siyasət

  • 28

“Aykakan jamanak”: “Qagik Sarukyanın həbsinə hazırlıq gedir”

“Aykakan jamanak”: “Qagik Sarukyanın həbsinə hazırlıq gedir”

"Çiçəklənən Ermənistan" müxalifət partiyasının lideri Qagik Sarukyana qarşı Sarkisyan hakimiyyəti tərəfindən təhdidlər var. SİA xəbər verir ki, bu barədə "Aykakan jamanak" qəzeti yazır.

Qəzetin yazdığına görə, erməni oliqarxı və müxalifətçisinin yaşadığı iqamətgah qarşısında kifayət qədər güclü təhlükəsizlik ölçüləri görülüb. Ona bildirilib ki, mümkün qədər evindən çölə az çıxsın. Belə ki, ona qarşı təxribat törədilə bilər.

"Parlamentnin kuluarlarında isə belə söhbətlər gəzir ki, Qagik Sarukyan həbs edilməsi üçün deputat mandatından məhrum olunacaq" -deyə, adəçəkilən qəzet yazır. Nəşr sual edir: "Əgər hakimiyyət Sarukyanı həbs etmək istəmirsə, bu qədər tələskənliyə niyə yol verilir?"

Xatırladaq ki, Serj Sarkisyan fevralın 12-də keçirdiyi müşavirəsində Sarukyanın ictimai-siyasi, eləcə də biznes fəaliyyətinin araşdırılması barədə nazirlərinə göstəriş verib. Müxalifət tərəfi isə idda edir ki, rejim müxalifətçi partiya liderini həbs etməyə hazırlaşır.

sia.az

Digər xəbərlər