PDF Oxu

Siyasət

  • 34

Mübariz Qurbanlı: “İşğal olunmuş ərazilərimizdə 1000-ə qədər tarixi abidə dağıdılıb”

Mübariz Qurbanlı: “İşğal olunmuş ərazilərimizdə 1000-ə qədər tarixi abidə dağıdılıb”

Bu gün "İşğal altında qalmış abidələrimiz- tarixi yaddşın izi ilə" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, tarix elmləri namizədi, dosent Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva, Dövlət Komitəsinin Dinşünaslıq ekspertiziyası ictimai məsələlər və analitik təhlil şöbəsinin müdir müavini Əliheydər Zülfüqarov, Azərbaycanın işğal olunmuş ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov və digərləri iştirak edib.Çıxış edənlər tarixi abidələrimizin qorunub saxlanılması istiqamətində Azərbaycan dövlətinin gördüyü işləri təqdirəlayiq bir hal kimi dəyərləndirib və Ermənistanın vandal hərəkətlərini pisləyiblər.DQİDK-nın sədri Mübariz Qurbanlı konfransı giriş nitqi ilə açaraq deyib ki, komitə ayrı-ayrı qurumlarla birgə tədbirlər keçirir: "Biz müxtəlif dövlət və hökumət qurumları ilə memorandumlar, sənədlər imzalamışıq. Təbii ki, bu sənədlər əsasında da müxtəlif xarakterli tədbirlər keçiririk. Keçirdiyimiz tədbirlərin əsas qayəsini dövlət-cəmiyyət-din münasibətləri və hazırki şəraitdə cəmiyyətimizdə gedən proseslər, o cümlədən cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ictimai rəyə geniş şəkildə çatdırılmasına xidmət edir. DQİDK ilə AMEA-nın İnsan Hüquqları İnstitutu arasında Əməkdaşlıq haqqında imzalayacığımız memorandumda biz növbəti mərhələdə keçirəcəyimiz tədbirləri ümumi şəkildə planlaşdıracayıq və bu istiqamətdə addımlar atacayıq.M.Qurbanlı bildirib ki, bu gün Azərbaycan ictimai rəyi erməni vandalizmi, erməni vəhşiliyi haqqında kifayət qədər bilgiyə malikdir: "Bizim bu tipli tədbirlərimizin əsas məqsədi ermənilərin törətdikləri vəhşilikləri dünya ictimai rəyinə çatdırmaqdır. Əminəm ki, bizim mətbuat nümayəndələrimiz bu yöndə bizə böyük dəstək verəcəklər və bu məlumatları rus, ingilis, eləcə də digər xarici dillərdə kütləvi informasiya vasitələri (KİV) ilə dünya ictimai rəyinə çatdıracaqlar. Son illərdə bütövlükdə Azərbaycanın xarici siyasətində "hücum diplomatiyası" çox ciddi uğurlar verməkdədir. Bizim "hücum diplomatiyamızın" içərisində Ermənistanın törətdiyi vəhşiliklərin dünya ictimai rəyinə çatdırılması əsas yerlərdən birini tutur. Bu yöndə Heydər Əliyev Fondu çox böyük işlər görməkdədir. Təbii ki, bu kimi tədbirlər də həmin ümumi siyasətin tərkib hissəsi olaraq bizim tərəfimizdən həyata keçirilməkdədir".Komitə sədri əlavə edib ki, işğal olunmuş ərazilərimizdə çoxlu sayda abidələrimiz, o cümlədən məscidlər dağıdılıb: "Bunların ümumi sayı 1000 minə qədərdir. Onların içərisində mədəniyyət abidələrimiz, kitabxanalar, klublar, mədəniyyət ocaqları, dini abidələr, məscidlər var. Dağıdılan abidələrin içərisində yalnız müsəlman aləminə mənsub olan abidələr deyil, eyni zamanda xristian aləminə aid olan abidələri də erməni vəhşililəri dağıdıblar".AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva bidlirib ki, bugünkü konfrans mühüm problemlərdən birinə həsr olunub: "İşğal olunmuş ərazilərdə dini, tarixi abdidələrin qorunması, eyni zamanda erməni separatçıları tərəfindən Azərbaycan ərazilərində dini abdidələrin (məscidlər, alban və provoslav kilsələri) sökülməsi problem olaraq qalır. Terrorizm heçnəyi qorumur, heç bir inkişafa imkan vermir və tarixə hörmət etmir. Təbii ki, biz bu problemi dəfələrlə qaldırmışıq. Azərbaycanın YUNESKO üzrə komissiyası ilə birgə biz bir ildən çoxdur ki, bu layihə üzərində işləyirik və nəşr hazırlamışıq. Bu nəşrlər bir neçə Avropa dilinə tərcümə olunacaq. Ümid edirəm ki, bunun nəticələri öz bəhrəsini verəcək".Dövlət Komitəsinin Dinşünaslıq ekspertiziyası ictimai məsələlər və analitik təhlil şöbəsinin müdir müavini Əliheydər Zülfüqarov diqqətə çatdırıb ki, təəssüflər olsun ki, biz Ermənistanın apardığı mono-etnik və məkrli siyasətlərlə üzləşirik: "Azərbaycanda işğal atında olan bütün tarixi mədəniyyət abidələrinin dövlət tərəfindən qorunması faktı təmin olunub. Hətta bununla bağlı Azərbaycan Nazirlər Kabinetinin 2001-ci ildəki qərarı ilə tarixi mədəniyyət abidələrinin siyahısı mövcuddur".Qeyd edək ki, sonda DQİDK ilə AMEA-nın İnsan Hüquqları İnstitutu arasında Əməkdaşlıq haqqında memorandum imzalanıb.

sia.az

Digər xəbərlər