PDF Oxu

Siyasət

  • 32

Mübariz Qurbanlı: “Media kapitanları ilə görüş keçirməyi planlaşdırırıq”

Mübariz Qurbanlı: “Media kapitanları ilə görüş keçirməyi planlaşdırırıq”

"Hesab edirəm ki, bizim mətbuatla geniş işləməyə ehtiyacımız var"

"Biz Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olaraq mətbuatla sıx əməkdaşlıq edirik. Mətbuatın rəhbərliyində olan şəxslərlə də mütəmadi olaraq təmaslarım və söhbətlərim olub". BunuSİA-ya Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı mətbuatda dini baxışlara fərqli yanaşmalar, insanların çaşdırılması ilə bağlı qəzet baş redaktorları ilə keçirməyi planlaşdırdığı görüş haqqında danışarkən deyib.DQİDK sədrinin sözlərinə görə, qurumun ayrıca Azərbaycan Mətbuat Şurasının üzvləri ilə görüşü nəzərdə tutulur: "Bundan başqa biz mətbuat nümayəndələri, jurnalistlərlə birgə geniş bir görüş keçirməyi planlaşdırırıq. Bu görüş konfrans formasında nəzərdə tutulub. Biz planlaşdırırıq ki, aprel-may ayında Azərbaycanın bölgələrinin birində böyük tədbir keçirək və orada din və cəmiyyət mövzusunda yazan jurnalistlərlə söhbət aparaq. Bu, seminar səviyyəsində olacaq. Bura media kapitanlarının da əsas aparıcı nümayəndələrini dəvət etmək niyyətindəyik. Görüşdə din-cəmiyyət, din-dövlət münasibətləri ilə bağlı geniş müzakirə aparmaq niyyətindəyik. Hesab edirəm ki, bizim mətbuatla geniş işləməyə ehtiyacımız var. Çünki bəzən mətbuatda cəmiyyətdəki hadisələrin təqdimatında yanlışlığa yol verilir. Məsələn, mən bizim mətbuatımızda Azərbaycanda da yayılmağa cəhd edən radikal qrupların bəzi nümayəndələri haqqında verilən yazıların səhv olduğunu, bəzən isə düzgün olmadığını görürməm və bu barədə fikrimi bildirirəm. Birdə görürsünüz ki, hansısa xırda radikal qrup haqqında yazı yazılır və orada göstərilir ki, filan qrupunun lideri və s. Ümumiyyətlə lider çox böyük sözdür. Mətbuat əslində şüuraltı olaraq bu cür radikal qrupun nümayəndəsinin bilməyərəkdən təbliğatçısına çevrilib.Komitə sədri hesab edir ki, bu gün Azərbaycanda radikal qruplar qanundan kənardır və bu cür radikal qrupların fəaliyyətini cəmiyyət dəstəkləmir: "Biz də ideoloji, hüquqi cəhətdən bunlara qarşıyıq. Hesab edirəm ki, onlar Azərbaycanda kök ata bilməyəcək. Amma mətbuat buna diqqət yetirməlidir. Təsəvvür edin ki, əgər mətbuatda oğru qanunları ilə yaşayan adamları təşviq edən yazılar verilirsə, bu, gənc nəslin tərbiyəsinə mənfi təsir göstərir. Bu mənada biz mətbuatla sıx təmasdayıq. Hesab edirəm ki, aparıcı mətbuat nümayəndələri də bizim fikirlərimizi çox məmnuniyyətlə dinləyirlər".

sia.az

Digər xəbərlər