"20 ildən artıq müddətdə fəaliyyət göstərən ATƏT-in Minsk qrupundan optimist açıqlamalar çox görülüb. Ancaq, onların bir nəticəsi yoxdur". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.Onun sözlərinə görə, həmsədrlər optimizminin arxasında Ermənistan danışıqların imitasiyası ilə məşğuldur: "Ermənistan həmişə son anda danışıqları dayandırır. Biz həmsədrlərdən optimizm görürük, amma hələ bir nəticə yoxdur".A. Mollazadə ATƏT-in Minsk qrupunun hazırkı həmsədrlik institutunun "5-lik Sədrlər Şurası" ilə əvəzlənməsi məsələsinə də münasibət bildirib: "Bu məsələ müzakirə olunsa, da onun nəticə verib-verməyəcəyini deyə bilmərəm. Ermənistan müstəqil dövlət deyil. Onun arxasında qüvvə durub. Ermənistan da öz siyasətini sahiblərinin göstərişləri üzərində qurur. Ona görə də ATƏT-in Minsk qrupuna hər hansı bir dövlətin daxil edilməsinin prosesin irəli getməsinə xidmət edəcəyinə inanmıram".
sia.az