PDF Oxu

Siyasət

  • 20

Ruslan Atakişiyev: “Manatın ucuzlaşması stimullaşdırıcı xüsusisəyyətə malikdir” AÇIQLAMA

Ruslan Atakişiyev: “Manatın ucuzlaşması stimullaşdırıcı xüsusisəyyətə malikdir” AÇIQLAMA

"İqtisadi siyasətin, xüsusən də monitar siyasətin, yəni milli valyutanın idarə olunması ilə bağlı aparılan siyasətin əsas məqsədlərindən biri makroiqtisadi stabilliyin təmin olunmasıdır". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev deyib. Onun sözlərinə görə, əgər milli valyuta həddindən artıq bahalı olarsa bu zaman iqtisadi problemlərə, yəni deflyasiyaya gətirib çıxarır. Bu da ölkədən ixrac olunan malların xaricdə rəqabətə davamlılığını azaldır: "Məsələ bundan ibarətdir ki, milli valyutanın dəyərdən düşməsi inflyasiyaya gətirib çıxarır, amma milli valyutanın həddindən artıq dəyərli olması da deflyasiyadır. Bunun da milli valyutaya digər tərəfdən də ziyanı var. Əgər milli valyuta çox bahalı olarsa, ölkənin ixrac potensialı üçün çətinlik yaranır. Məsələn ölkə daxilində istehsal olunan hər hansı bir məhsul xaricə satıldığı zaman milli valyuta dəyərli olduğuna görə, xaricdə daha bahalı qiymətə satılması vacib olur. Bu da rəqabətə tab gətirməsində çətinlik yaradır. Həmçinin idxalın səviyyəsinin artmasına gətirib çıxardır".Ruslan Atakişiyev həmçinin qeyd etdi ki, Mərkəzi Bank manatın stimullaşdırıcı siyasətini aparır və ajiotaja ehtiyac yoxdur: "Son dövrlər Mərkəzi Bank tərəfindən aparılan bu siyasət makroiqtisadi stabilliyin təmin olunması istiqamətində yeni alətlərdən istifadə olunmasına yönəldilib. Burada xüsusən manatın məzənnəsinin stimullaşdırıcı xüsusiyyətini saxlayacaq bir şəkildə ucuzlaşdırılmasıdır. Milli valyuta özü dövriyyədən insanların əlində əmtəəyə çevrilmə xüsusiyyətlərini daşımaqla yanaşı, iqtisadiyyatda stimullaşdırıcı xüsusisəyyətə də malikdir. Yəni məhz onun məzənnəsi, digər valyutalara nəzərən məzənnəsi sahibkarlığın inkişafına, istehsalın inkişafına təsir göstərir. Son dövrlərdən, daha dəqiq keçən ilin əvvəlindən başlayaraq ölkədə sənayenin inkişafı önə atılıb. Hətta banklarda kredit faizlərinin aşağı salınması ilə bağlı olaraq ölkə başçısının müəyyən töhvələri olub. Bu istiqamətində işin aparılmasının davamı olaraq da yenə də istehsal da sahibkarın qeyri – neft sektorunun inkişafında stimullaşdırıcı işlərin aparılması baxımından da bu məsələyə diqqət yetirmək lazımdır. Qeyd etmək istəyirəm ki, bu məsələyə biraz ajiotaj yanaşmaq düzgün deyil. Çünki bugünkü həmin proses düşünülmüş və idarəolunan bir prosesdir. Bu da lüzumsuz bahalılıqdan daha çox iqtisadi baxımdan səmərəliliyi özündə daşımaq baxımından əhəmiyyət kəsb edir".

sia.az

Digər xəbərlər