PDF Oxu

Siyasət

  • 16

Vüqar Rəhimzadə: “Media kifayət qədər məsuliyyət daşıyır” AÇIQLAMA

Vüqar Rəhimzadə: “Media kifayət qədər məsuliyyət daşıyır” AÇIQLAMA

"Hesab edirəm ki, mütəmadi olaraq "Xocalı soyqırımı"nın dünya ölkələrinin, ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Azərbaycan mətbuatı və elektron media bir çox işlər görüb və hazırda da bu davma etdirilir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə deyib.Baş redaktorun sözlərinə görə, bu soyqırımın tanıdılması yönündə tək çap mətbuatı, elektron media deyil, bütövlükdə hər bir Azərbaycan vətəndaşı var gücü ilə çalışmalıdır. Onlar soydaşlarımızın başına gətirilən bu hadisələri nəinki yerli ictimaiyyətə, eləcə də dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında fəallıq nümayiş etdirməlidirlər. Təbii ki, bununla bağlı cənab Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə silsiləli şəkildə dünyanın bir çox ölkələrində, beynəlxalq təşkilatlarda və s. tədbirlər həyata keçirilir. Xüsusilə mən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasının gördüyü işləri çox yüksək qiymətləndirirəm.Azərbaycan mətbuatında bu hadisələrin necə işıqlandırılmasına gəlincə deyə bilərəm ki, "Xocalı soyqırımı" sözün həqiqi mənasında bəşəriyyət tarixində misli görünməmiş bir cinayətdir: "Uşaqların, qadınların, qocaların və s. başına gətirilənlər birmənalı şəkildə erməni daşnaklarının və ermənilərin əsl məkrli xislətini ortaya qoyur. Bu soyqırım dünyanın ən ağır soyqırımları ilə müqayisə olunacaq bir soyqırımdır. Onlar qarşılarına Azərbaycanı bir millət kimi məhv etməyi qoymuşdular. Heç şübhəsiz ki, işğalçı dövlət bu hadisələri Sovet ordusuna məxsus 366-cı motoatıcı alayının və xarici havadarlarının köməyi ilə həyata keçirdilər. Buna ilk hüquqi siyasi qiymət verən isə Ümummilli Lider Heydər Əliyevin xalqın dəstəyi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra oldu. Bu hadisələrlə bağlı hər il dünyanın bir çox ölkələrində (QHT-lər, dövlət strukturları, diaspor təşkilatları vasitəsilə və s) tədbirlər keçirilir. Təbii ki, medianın da üzərinə kifayət qədər məsuliyyətli bir vəzifə düşür. Bu gün Azərbaycan mediası 10-20 il bundan əvvəlki media deyil. Ölkəmizdə günü-gündən elektron media sürətlə inkişaf edir. Hər il xeyli sayda saytlar yaradılır. Düşünürəm ki, bu texniki imkanlardan, texnologiyalardan istifadə edərək soyqırımın dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün medianın üzərinə məsuliyyətli vəzifə düşür. Ümumiyyətlə bu dövrü xarakter daşımamalıdır əksinə hər zaman olmalıdır".

sia.az

Digər xəbərlər