PDF Oxu

Siyasət

  • 20

YAP Yasamal rayon təşkilatının 22 il dönümü qeyd olundu

YAP Yasamal rayon təşkilatının 22 il dönümü qeyd olundu

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaradılmasının 22-ci ildönümü ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov, YAP Yasamal rayon təşkilatının İdarə Heyətinin üzvü Rasim Nəbiyev və digər qonaqlar iştirak edib.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov partiyanın yaradılmasından danışıb. Bildirib ki, YAP zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır. Qeyd edib ki, tarixə "91-lər"in müraciəti kimi daxil olan sənəddə həmin dövrün səciyyəvi xüsusiyyətləri öz əksini tapıb: "Dahi şəxsiyyət Heydər Əliyev müraciətə cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurətdən doğan addım kimi dəyərləndirərək, bu inamı ifadə etdi ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Keçilən şərəfli yol bu fikirlərin təsdiqidir. Ulu öndərin "Dünənin, bu günün və gələcəyin partiyası" deyə həm keçmişini, həm bu gününü, həm də gələcəyini müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurlarına atdığı imzası onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib".F. İsmayılov bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində özünün ən yüksək mərhələsinə çatıb: "Azərbaycan gəncləri xarici ölkələrdə təhsil alır, dünyada ölkəmizi layiqincə təmsil edir və dövlət idarəçiliyində mühüm rol oynayırlar. Eləcə də, YAP üzvlərinin böyük faizini gənclər təşkil edir. O gənclər ki, onlar qanı və canı ilə dövlətimizə, millətimizə xidmət yolunu özləri üçün əsas meyar seçiblər".Digər çıxış edənlər vurğulayıb ki, Yeni Azərbaycan Partiyası müasir siyasi partiya kimi cəmiyyətin inkişafına özünəməxsus töhfələr verir.Tədbirdə ictimai-siyasi fəallığı ilə seçilən 3 nəfər fəxri fərmanla mükafatlandırılıb.Sonda bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri verilib.

sia.az

Digər xəbərlər