"Azərbaycan Demokratiya və Rifah Hərəkatında (ADR) nə baş verir, nə baş vermir, mənim bundan qətiyyən xəbərim yoxdur". Bu fikirləri SİA-ya Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli ADR-də yeni yaradılması planlaşşdırılan gənclər qolundan verilən istefaya münasibətini bildirərkən deyib.Müsavat rəsmisi deyib ki, əslində, ADR-dəki istefa Qubad İbadoğlunun Müsavata Partiyasına yönəlik addımlarına olan bir cavabdır: "Qubad İbadoğluya sadəcə bir söz demək istəyirəm nə tökərsən aşına, o da çıxar qaşığına. Bu insanın məsul olduğu təşkilatda hamını itaətsizliyə çağırırdı, adamları istefaya təhrik edirdi. Bu gün həmin şeylər öz başına gəlir".Mustafa Hacıbəyli ADR sıralarından çıxan gənclərin müsavatçı olduqlarını istisna etməyib: "İstefa verən gənclər hazırda Müsavatın üzvləridirlər".Qeyd edək ki, ADR-in Təşkilat Komitəsinin üzvü Səxavət Əlisoy hərəkatdan ayrılan gənclərin Müsavat rəhbərliyi tərəfindən göndərilən şəxslər olduğunu və təxribat məqsədi daşıdığını da istisna etməmişdi.
sia.az