PDF Oxu

Siyasət

  • 21

Əliməmməd Nuriyev: “Novruz bayramında əfv Sərəncamı ola bilər” AÇIQLAMA

Əliməmməd Nuriyev: “Novruz bayramında əfv Sərəncamı ola bilər” AÇIQLAMA

"Cənab İlham Əliyev tərəfindən indiyədək 60-dan çox əfv Fərmanı imzalanıb, 7 mindən artıq məhkum öz azadlığına qovuşub". Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev Novruz bayramında gözlənilən növbəti əfv Sərəncamına münasibət bildirərkən deyib.Fond rəhbərinin sözlərinə görə, Azərbaycanın hər bir milli bayramında, əlamətdar günlərdə dövlət başçısı tərəfindən əfv Sərəncamı imzalanır: "Ümumiyyətlə bu, Prezidentin müstəsna səlahiyyətinə aid olan məsələdir. Əfv komissiyası və onun katibliyi hər gün, hər zaman və hər həftə işləyir. Onlar müraciətləri çeşidləyir və eyni zamanda müraciətlərlə bağlı bütün zəruri olan məlumatları toplayaraq əfv komissiyasına təqdim edir. Komissiya isə həmin müraciətə baxaraq, bu və ya digər şəxsin barəsində qərar qəbul edirlər. Bundan sonra həmin sənəd dövlət başçısına təqdim olunur və Prezident də təqdimatda olan şəxslərlə bağlı öz yekun qərarını qəbul edir. İstisna etmirəm ki, Novruz bayramında da növbəti əfv Sərəncamının şahidi ola bilərik. Hətta deyim ki, İnsan Haqları üzrə Birgə Qrupda bu məsələ ilə bağlı çalışır və orada müraciətlər daxil olur. Biz isə həmin müraciətlərə baxaraq hansı qurumun səlahiyyətinə aiddirsə orada yönəldirik. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman öz vətəndaşlarına münasibətdə hümanizmlik nümayiş etdirib. Əminəm ki, bu proses davamlı xarakter alacaq".

sia.az

Digər xəbərlər