AÇIQLAMA
"Ümumiyyətlə Razi Nurullayev AXCP sədrinin sərəncamı ilə partiya sıralarından xaric olunub. Bu sərəncamı vermək hüququ partiya sədrinə məxsusdur". Bunu SİA-ya AXCP sədrinin müavini Gözəl Bayramlı partiyanın sabiq sədr müavini Razi Nurullayevin sərt ittihamlarına münasibət bildirərkən deyib.AXCP funksionerinin sözlərinə görə, Razi Nurullayev partiyadan xaric olunduqdan sonra onun mətbuatda, sosial şəbəkələrdə müxtəlif açıqlamaları oldu: "Bu açıqlamalar AXCP sədri başda olmaqla bütün cəbhəçiləri aşağılamaq və ittiham etməklə nəticələndi. Əslində bu şəxs Azərbaycan ictimaiyyətinə partiya sədrliyinin müavinliyi vəzifəsindən nəyə görə uzaqlaşdırıldığının səbəbini izah etməyib. Bu insan AXCP sədrinin müavinliyindən uzaqlaşdırılmağının səbəbini səmimi şəkildə Azərbaycan cəmiyyətinə etiraf etməli idi. O sadəcə olaraq məni, Fuad Qəhrəmanlını və digərlərini qaragüruhçu adlandıraraq məsələdən yayınıb. Bu şəxs AXCP-nin siyasi kursuna uyğun gəlməyən davranışları və cəbhənin ümumi mövqeyindən kənar mövqe sərgilədiyinə görə partiyanın sədrinin müavinliyindən xaric olunub. AXCP-ni avtoratizmlikdə və ora daxil olan insanları qaragüruhçuluqda ittiham etmək heç bir məntiqə sığmır".
sia.az