PDF Oxu

Siyasət

  • 26

Araz Əlizadə: “Cəmil Həsənlinin qızının başqalarından heç bir fərqi yoxdur” MÜNASİBƏT

Araz Əlizadə: “Cəmil Həsənlinin qızının başqalarından heç bir fərqi yoxdur” MÜNASİBƏT

"Bir insan qəza törədirsə bunu dərhal hüquq-mühafizə orqanlarına bildirməlidir". Sözügedən fikirləri SİA-ya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Milli Şuranın sədri Cəmil Həsənlinin qızının qanunun tələblərinə rəğmən hüquq-mühafizə orqanlarının çağırışına məhəl qoymamasına və nəticədə həbsinə münasibət bildirərkən deyib. ASDP sədri Cəmil Həsənlinin bu olayın onun siyasi fəaliyyətinə görə baş verməsi iddialarının da yersiz olduğunu deyib: "Qanunun tələblərinə riayət etməyən istənilən şəxs cinayət məcəlləsinə uyğun olaraq cəzalandırılır".Araz Əlizadə Müsavatın başqan müavini Tofiq Yaqublunun qızının da eyni hadisəyə görə qanun qarşısında cavab verdiyini xatırladıb: "Tofiq Yaqublunun qızı avto qəza törətdi və bunu bəzi müxalif dairələri siyasiləşdirməyə çalışdı. İndi də Cəmil Həsənli eyni mövqedən çıxış edir. Cəmil Həsənlinin qızının qəza törətməsində siyasi motivin axtarışı qətiyyən düzgün deyil. Ədalətdən, insan haqlarından danışanlar bütün məsələlərə eyni aspektdən yanaşmağı bacarmalıdırlar".ASDP sədri onu da bildirib ki, belə mövqedən çıxış etməyin özü anormallıqdır: "Onların övladları hər şey də bilər, bu normal qarşılanmalı, digərlərində isə anormal qarşılanmalıdır? Qanun qarşısında hər kəs bərabərdir. Əgər hər hansı bir məsələyə dair prokurorluğa çağrılırsansa, hökmən getməlisən, mövzu ilə tanış olmalısan. Əks halda, belə vəziyyətlə qarşı-qarşıya qalmaq ehtimalı var. Cəmil Həsənlinin qızının törətdiyi hadisə bunun bariz nümunəsidir".

sia.az

Digər xəbərlər