PDF Oxu

Siyasət

  • 24

Elman Nəsirli: “ABŞ-la bu barədə fikir mübadiləsi aparılıb” AÇIQLAMA

Elman Nəsirli: “ABŞ-la bu barədə fikir mübadiləsi aparılıb” AÇIQLAMA

"Türkiyə ordusunun "Şah Fırat" əməliyyatı birbaşa onun təsdiqidir ki, rəsmi Ankara regionda nəinki iqtisadi, həm də hərbi gücə malik bir dövlətdir". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli deyib.Politoloqun sözlərinə görə, iqtisadi baxımdan ümumi daxili məhsulu (ÜDM) son 10 il ərzində təxminən 800 milyard dollara çatan Türkiyə növbəti 4 il ərzində ÜDM 1,4 trilyon dollara çatdırmağı planlaşdırır. Təbii ki, bu da onun iqtisadi gücünün birbaşa göstəricisidir. Hərbi gücünə gəldikdə isə Türkiyə Silahlı Qüvvələri sayı və eyni zamanda hərbi hazırlığı baxımından NATO-da ABŞ-dan sonra ikinci mövqedə dayanır. Məsələn, ABŞ-ın 1,4 milyon hərbi qulluqçusu, əsgər və zabiti varsa, Türkiyədə bu rəqəm 720 minə gəlib çatıb. Təbii ki, müasir dünyada güc faktoru həlledici faktordur. İqtisadi güc ilə hərbi güc birləşdikdə dövlətin öz milli təhlükəsizliyini qoruması imkanları daha da genişlənir. Bu nöqteyi-nəzərdən Türkiyə ordusunun "Şah Fırat" əməliyyatını məhz belə dəyərləndirərdim. O ki qaldı NATO və ABŞ-ın bu hadisələrlə bağlı məsləhətləşib-məsləhətləşməməsi məsələsinə hesab edirəm ki, istisna deyildir ki, Amerika ilə müəyyən kanallar vasitəsilə bu barədə fikir mübadiləsi aparılıb".

sia.az

Digər xəbərlər