PDF Oxu

Siyasət

  • 29

Yusif Babanlı: “Bu, Azərbaycanın haqq səsidir”

Yusif Babanlı: “Bu, Azərbaycanın haqq səsidir”

"Ötən əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının dünyada tanıdılmasında Azərbaycan gənclərinin fəaliyyəti kifayət qədərdir. Erməni faşizminin, qaniçənliyinin bariz nümunəsi olan Xocalı qətliamının beynəlxalq aləmə təqdim olunması bilavasitə gənclərimizin bu istiqamətdə apardığı işlərin məntiqi nəticəsidir". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı Xocalı Soyqırımının dünyada tanıdılmasında gənclərin rolundan danışarkən deyib.Yusif Babanlı gənclərin bu impulsu dövlətin apardığı siyasət nəticəsində əldə etdiyini və genişləndirdiyini qeyd edib: "Prezident İlham Əliyevin bu istiqamətdə atdığı qətiyyətli addımlar biz gənclərə bir örnəkdir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin sədri Leyla xanım Əliyevanın "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində apardığı işlər Xocalı soyqırımının dünyada tanıdılması və qəbul edilməsində müstəsna rol oynayır. Heç bir cinayət cəzasız qalmayacaq. Gec-tez Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham ediləcək, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verəcək".Yusif Babanlı həmçinin belə bir məqamda Azərbaycan gəncliyinin, xüsusilə də Yeni Azərbaycan Partiyasının (YAP) gənc təmsilçilərinin soyqırımının layiqli qiymətinin alınması istiqamətində yorulmadan fəaliyyətlərini davam etdirdiklərini vurğulayıb: "Bizlər öz qətiyyətli mövqeyimizi bu yolda əsirgəmirik və bundan sonra da əsirgəməyəcəyik. Bizim səsimizi bütün dünya duyacaq, susqunluğunu pozmağa məcbur olacaq. Çünki bu səs Azərbaycanın ədalətli və haqq səsidir. Bu səs qatil gülləsinə tuş gələn körpələrin, qocaların, ana-bacılarımızın səsidir".

sia,az

Digər xəbərlər