Azərbaycanda ölüm hökmünün bərpası bizim Avropa Şurasından xaric olunmağımız deməkdir". Bunu SİA-ya Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Çingiz Qənizadə deyib.Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda ölüm hökmünün ləğv edilməsi ilə bağlı addımlar atanda hər şeyi ölçüb-biçmişdi: "Çünki, biz Avropaya inteqrasiya etməkdə maraqlı idik və üzərimizə müəyyən öhdəliklər götürmüşük. Ona görə də Azərbaycanda yenidən ölüm hökmünün bərpası ən azı bizim Avropa Şurasından xaric olunmağımız deməkdir. Ona görə də Azərbaycanda ölüm cəzasının bərpası qeyri-mümkündür".Ç. Qənizadə hesab edir ki, ölüm hökmünün tətbiqini düşünməkdənsə, baş verən cinayətlərin yaranma səbələri araşdırılmalıdır: "Bunun üçün insanların maaarifləndirilməsi istiqamətində addımlar atılmalıdır. Televiziyada təim-tərbiyəvi verilişlərin sayı artırılmalıdır. Eyni zamanda kriminal informasiyalar verməklə yanaşı onların törətdiyi fəsadlarla bağlı çoxlu reportajlar hazırlanmalıdır. Həmçinin alimlərimizin, ziyalılarımızın, hüquqşünaslarımızın fikirləri mətbuatda getməlidir. Nə qədər televiziyalarımızda mentalitetimizə zidd verilişlərin sayı çox olacaq, bizim arzuladığımız verilişlərin efirdə yer almasına çətinlik yaranacaq".
sia.az