PDF Oxu

Siyasət

  • 20

Diasporumuz Kanadada aksiya keçirib

Diasporumuz Kanadada aksiya keçirib

Kanadadakı Azərbaycan diasporu paytaxt Ottavada Kanada parlamentinin binası qarşısında etiraz aksiyası keçirib. Diasporla iş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, Vaterloo və Toronto Universitetlərində təhsil alan azərbaycanlı tələbələr tərəfindən təşkil olunmuş aksiyada türk tələbələr də iştirak edib.Aksiya Xocalı soyqırımı qurbanlarının xatirəsinə bir dəqiqəlik sükut və Azərbaycan himninin oxunması ilə başlayıb. Əllərində Azərbaycan və Türkiyə bayraqları, Xocalı soyqırımının tanınmasına çağırış plaktları tutan tələbələr "Xocalıya ədalət" şüarları səsləndiriblər.Daha sonra aksiya iştirakçıları Ottavanın küçələri ilə Ermənistan səfirliyinə doğru hərəkət edib. Yürüş boyu gənclər yerli sakinləri məlumatlandırmaq məqsədilə onlara Xocalı faciəsi barədə broşür, jurnal və digər əyani vəasitlər paylayıb. Etiraz aksiyası Ermənistan səfirliyinin qarşısında erməni terrorizminə və işğala son qoymağa çağıran şüarların səsləndirilməsi ilə yekunlaşıb.

sia.az

Digər xəbərlər