PDF Oxu

Siyasət

  • 21

Ovanes İgityan: “Sarkisyanı prezident hesab etmirlər”

Ovanes İgityan: “Sarkisyanı prezident hesab etmirlər”

"Serj Sarkisyanın problemi ondadır ki, onu Ermənistanın prezidenti hesab etmirlər". SİA erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə politoloq Ovanes İgityan keçirdiyi mətbuat konfransında deyib. Politoloq ölkədaxili siyasi olayları təhlil edərkən deyib ki, Serj Sarkisyanı legitim prezident kimi qəbul etmirlər. Onun "Çiçəklənən Ermənistan"dan olan rəqibi Qagik Sarukyanın isə problemi ondadır ki, o, Sarkisyana bu barədə deyib.

İgityan Ermənistanda oliqarxçılığın vüsət almasına da toxunub və bildirib ki, Ermənistanda oliqarxçılığın əsasını ikinci prezident olmuş Robert Köçəryan qoyub: "Sarkisyan isə bu idarəçiliyi onun əlindən alıb. Çünki onun başqa cür seçilməsinə imkan yox idi. Seçkilərin keçirilməsini isə normal qəbul etmək olmaz. Bu, məntiqsiz olardı. Ölkədə keçirilən prezident seçkilərində seçicilər pulla ələ alınmışdılar".

Erməni politoloqu deyib ki, Ermənistan prezidentinin oliqarx komandası heç də komfortda deyil: "Lakin Sarkisyan hakimiyyəti əlində saxlaması üçün başqa çarəsi yoxdur. Əgər bir ölkədə ki, 70-90% əhali hakimiyyətə qarşıdırsa, demək burada ədalətli seçkilərin keçirilməsini söyləmək olmaz".

sia.az

Digər xəbərlər