PDF Oxu

Siyasət

  • 24

Millət vəkili: “Azərbaycan ATƏT-in Minsk qrupu formatından imtina etməlidir”

Millət vəkili: “Azərbaycan ATƏT-in Minsk qrupu formatından imtina etməlidir”

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda tərəflər nisbət dördün birədir. Yəni, Ermənistan, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bir tərəfdə Azərbaycan isə təkbaşına". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.Millət vəkili deyib ki, Dağlıq Qarabağda qurulan qondarma rejimi həmin üç dövlət yaradıb: "Bu qurumu onlar yaradıblar, onlar saxlayırlar, onlar dəstəkləyir, onlar havadarlıq edirlər. Bizim başımızın altına isə sülh danışıqları yastığını qoya-qoya həmin cinayətkar qurumun ömrün uzadırlar"."Bu qrupun yeni adı ATƏT-in İrəvan qrupdur. Onlar regiona son səfərləri zamanı Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşmədilər. Ancaq, separatçıların "rəhbərliyi" ilə görüşməyə vaxt tapırlar"- deyə, millət vəkili bildirib.E. Məmmədov hesab edir ki, Azərbaycan ATƏT-in Minsk qrupu formatından imtina etməlidir: "Bu dövlətlərin hər üçü ermənilərə Azərbaycanın tarixi torpaqlarında dövlət yaradılmasında fəal iştirak ediblər. Bu gün də erməni işğalını dəstəkləyirlər. Biz bunlardan hansı haqq ədaləti gözləyə bilərik?"

sia.az

Digər xəbərlər