PDF Oxu

Siyasət

  • 22

“Bu aksiyalar Azərbaycan vətəndaşları tərəfindən dəstəklənməyib” AÇIQLAMA

“Bu aksiyalar Azərbaycan vətəndaşları tərəfindən dəstəklənməyib” AÇIQLAMA

"Şübhəsiz ki, bu və ya digər şəkildə yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışanlar nə Azərbaycan dövlətinin mənafeyinə, nə də sadə vətəndaşların maraqlarına xidmət etmirlər". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli "qiymət artımına son!" adı altında planlaşdırılan mitinqin təşkilinə münasibət bildirərkən deyib.Sədr müavinin sözlərinə görə, aksiyanı planlaşdıranların atdıqları addımların arxasında öz arzu və istəklərinin həyata keçirilməsi dayanıb: "Biz prinsip etibarilə belə aksiyaların şahidi çox olmuşuq. Heç zaman da bu aksiyalar Azərbaycan vətəndaşları tərəfindən dəstəklənməyib. Biz bir sıra mətbuat orqanlarının, xüsusilə də Əli Kərimlinin nəzarətində olan qəzeti və saytları izləsək, açıq şəkildə onların məramının ölkədə məqsədyönlü şəkildə vahimə yaratmaq olduğunun şahidi olarıq. Bu artıq uzun müddətdir ki, konkret şəkildə onlar tərəfindən sifariş əsasında həyata keçirilən bir hərəkət və davranışdır. Düşünürəm ki, bu davranışlar Azərbaycan vətəndaşları tərəfindən onların atmaq istədiyi addımların növbəti dəfə baykot edilməsi ilə yadda qalacaq".

sia.az

Digər xəbərlər