PDF Oxu

Siyasət

  • 20

Əsrin ən böyük faciəsi - Xocalı harayı, anaların göz yaşı!

Əsrin ən böyük faciəsi - Xocalı harayı, anaların göz yaşı!

YAP İsmayıllı rayon təşkilatı Xocalı soyqrımının 23-cü ildönümü münasibətilə dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı. Xocalı faciəsi XX əsrdə "Böyük Ermənistan" və monoetnik dövlət yaratmaq kimi şovinist siyasət müəllifləri olan ermənilərin Azərbaycan xalqının başına gətirdiyi ən dəhşətli cinayətlərdən biridir. Rayon təşkilat sədri bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər xalqımızın yaddaşına əbədi həkk olunub. Lakin xalqımız Xocalı kədəri, hüznü yaşadığı vaxtda faciənin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilməyib. O vaxtkı dövlət rəhbərliyini təmsil edən vəzifəli şəxslər qorxaqlıq və qətiyyətsizlik nümayiş etdirərək, XX əsrdə bəşəriyyəti heyrətə salan bu müdhiş cinayət barədə ilk günlərdə xalqa məlumat verməkdən belə çəkiniblər.

Ə.Vahabova yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətinini aldığını, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldüyünü vurğulayıb. Bu siyasətinin indi Azərbaycan dövləti tərəfindən davam etdirildiyini diqqətə çatdırıb. Burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırımı cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdir:"Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2008-ci ildən bəri Xocalı həqiqətlərinin dünyada tanıdılması və beynəlxalq aləmdə erməni təbliğatının susduruluması naminə apardığı "Xocalıya ədalət" təbliğat-təşviqat kampaniyası dünyanın 70 ölkəsində öz müsbət nəticələrini vermiş və bu mühüm aksiya davam etməkdədir.Ümummilli Lliderin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir".

Tədbirdə çıxış edən YAP rayon təşkilatı qadınlar şurasının sədri Xuraman Qurbanova, şura üzvləri Şəmsiyyə Əhmədova, Ceyran Məmmədova, Sədəf Mikayılova, Dilbər Yəhyayeva, ağdamlı köçkün Aybəniz Qasımova, gənc fəallar Qönçə Ağazadə, Nigar Bəbirova, Güllübəyim Lətifova qeyd ediblər ki, bu kütləvi və amansız qırğın aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktıdır. Bildirilib ki, erməni millətçiləri Xocalıda bu soyqırımı əməlini törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşlər. Qeyd olunub ki, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti sayəsində Xocalı həqiqətləri, Azərbaycan xalqının başına gətirilən müsibətlər dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq və bu vəhşilik real qiymətini alacaq.

ZÜMRÜD

Digər xəbərlər