PDF Oxu

Siyasət

  • 14

Avrasiya Universitetində Xocalı soyqırımının qurbanları anıldı

Avrasiya Universitetində Xocalı soyqırımının qurbanları anıldı

Bu gün Bakı Avrasiya Universitetində "Xocalını unutmayaq" adlı sərginin açılışı olub. Sərginin açılışından sonra Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tələbələr universitetin həyətində "Xocalı-23", "Heç vaxt unudulmayacaq" və digər bu kimi şüarlarla çıxış ediblər.Daha sonra tədbirdə universitetin prorektoru Mənsim Məmmədov Xocalı faciəsinin tarixi haqqında, bu faciəni doğuran səbəbləri barədə məruzə ilə çıxış edib.Təhsil müəssisəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfayət Əliyev isə öz çıxışı zamanı Xocalı faciəsinin dünyada tanıdılması yönündə hədəfləri açıqlayaraq , dövlətin bu istiqamətdə apardığı işləri dəyərləndirib və bütün gəncliyi bu mövzulara diqqətlə yanaşmağa, qanlı tariximizi dərindən öyrənməyə çağırıb.Regionşünaslıq və iqtisadiyyat fakultəsinin dekanı Əjdər Yunis Rza,Türk dili və ədəbiyyatı bölümünün rəhbəri İslam Sadıq çıxışlarında Xocalı soyqrımını bəşəriyyətə qarşı cinayət adlandıraraq bu yöndə gənclərin maarifləndirilməsinə və bir sıra məqalələrin dərc edilməsinə ehtiyac olduğunu diqqətə çatdırıblar. Xocalıda həlak olmuş ailələrin yaxınlarına, qohumlarına Allahdan rəhmət diləyiblər.

sia.az

Digər xəbərlər