PDF Oxu

Siyasət

  • 33

ABŞ Dövlət Departamenti girovları azad etməyə çağırıb

ABŞ Dövlət Departamenti girovları azad etməyə çağırıb

ABŞ Dövlət Departamenti Ermənistanı işğal altındakı Azərbaycan torpaqlarında girov götürdüyü Dilqəm Əsgərovu və Şahbaz Quliyevi azad etməyə çağırıb.

Bu barədə Dövlət Departmanentinin mətbuat katibi Cen Psaki məlumat verib.

O deyib ki, bundan əvvəl biz ABŞ-ın Minsk qrupundakı səfiri Ceyms Uorlikin vasitəsilə hər iki girovun Azərbaycan hökumətinə geri qaytarılmasını dəstəkləmişik. Ümumilikdə keçmişdə tərəflər humanitar jest olaraq girovların qaytarılmasında yol tapıblar və belə hallar tərəflər arasında gərginliyin azalmasında və inamın qurulmasında özünü göstərib.

AzərTAc

Digər xəbərlər