PDF Oxu

Siyasət

  • 23

Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Bu gün Gəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Xocalı soyqırımının XXIII ildönümünə həsr olunmuş "Müharibə uşaqların gözü ilə" mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması və gənclərin iştirakı ilə toplantı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir açıq elan olunduqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra toplantı iştirakçıları tərəfindən Azərbaycan Dövlət himni canlı olaraq səslənib. Xocalı soyqırımını əks etdirən video rolik tədbir iştirakçılarına göstərilib.Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmet Tecim, Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai siyasi əlaqələr şöbəsinin məsul işçisi Rahu Qurbanova, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat müşaviri Həmid Karadəniz, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabiti Azər Babayev, şair Vaqif Nəcəfzadə, Qeyri Hökumət Təşkilatları, Tələbə Gənclər Təşkilatlarının nümayəndələri, gənc bəstəkarlar, tələbələr, valideyn və müəllimlər iştirak ediblər.Tədbirdə çıxış edən qonaqlar tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş və Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan saysız-hesabsız faciələri xatırladaraq, Xocalı soyqırımının bəşəriyyətdə insanlıq tarixinə yazılan ən qanlı faciələrdən biri olduğunu vurğulayıblar.Tədbirin sonunda orta məktəb şagirdləri arasında "Müharibə uşaqların gözü ilə" mövzusunda keçirilən inşa yazı müsabiqəsində I, II, III və fərqlənmiş yerləri tutmuş iştirakçılar mükafatlandırılıblar. I yerə Nizami rayonu 12 saylı orta məktəbin şagirdi Xanəliyeva Nərminə, II yerə Nərimanov rayonu 193 saylı orta məktəbin şagirdi Məmmədli Türkan, III yerə isə Səbail rayonu 7 saylı orta məktəbin şagirdi Əlizadə Firavan layiq görüldülər. Qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.

sia.az

Digər xəbərlər