PDF Oxu

Siyasət

  • 18

XİN başçısı həmkarı ilə regional məsələləri müzakirə edib

XİN başçısı həmkarı ilə regional məsələləri müzakirə edib

Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. SİA-nın məlumatına görə, həm təkbətək, həm də geniştərkibli nümayəndə heyəti ilə baş tutan görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib və regional proseslərə dair fikir mübadiləsi aparılıb.Görüş əsnasında xüsusi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulub.Görüşdən sonra hər iki nazirin birgə iştirakı ilə mətbuat konfransı keçirilib.

sia.az

Digər xəbərlər