PDF Oxu

Siyasət

  • 25

Bahar Muradova: "Bu Azərbaycan Prezidentinin apardığı siyasətin, rəsmi diplomatiyanın və parlament diplomatiyasının uğurudur"

Bahar Muradova: "Bu Azərbaycan Prezidentinin apardığı siyasətin, rəsmi diplomatiyanın və parlament diplomatiyasının uğurudur"

"Azərbaycanın üzləşdiyi təcavüz aktı, xalqımıza qarşı törədilən cinayətlər, etnik təmizləmə və milli-mədəni abidələrimizin, tarixi abidələrimizin dağıdılması istiqamətində beynəlxalq erməniliyin və erməni maraqlarına xidmət edən dairələrin dəstəyilə törədilən vandalizm aktlarının dünya ictimaiyyətinə çatdırılmaqdadır". Bu fikri Milli Məclisin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova "SƏS" qəzetinə verdiyi açıqlamasında bildirib. Xocalı soyqırımı ilə bağlı həm ölkəmizdə, həm də xaricdə anım tədbirlərinin təşkil olunduğunu vurğulayan Bahar Muradova hazırda bu hadisənin səbəbkarlarını cəzalandırmaq və bu qətliamı dünya ictimaiyyətinə çatdırmaq üçün ciddi işlər görüldüyünü bildirib: "Bu, Azərbaycan Prezidentinin apardığı siyasətin, rəsmi diplomatiyanın və parlament diplomatiyasının uğurudur. Bu günlərdə ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak etmişəm. Orada bu məsələni qaldırdıq. Ermənilər yenə də bu məsələdə bizi günahkar çıxarmaq istəyirdi. Orada ermənilər deyirlər ki, əslində bu hadisənin günahkarları sabiq prezident Ayaz Mütəllibov və AXC hakimiyyəti olub. Ona görə ki, fevralın 25-dən 26-na keçən gecə əhalinin şəhəri tərk etməsi üçün dəhliz açılmışdı. Bundan istifadə üçün Azərbaycan tərəfi ciddi addımlar atmayıb. Ona görə də bu faciənin günahkarı Ayaz Mütəllibov və AXC-dir. Bu, onu sübut edir ki, bizim siyasətçilər açıqlama verərkən bir qədər uzunmüddətli maraqları nəzərə almırlar. Ona görə bu açıqlamalar sonradan ermənilər tərəfindən bizə qarşı istifadə edilir. Biz erməni nümayəndə heyətinin bu iddiasından çıxış edərək, öz mövqeyimizi ifadə etdik. Bildirdik ki, niyə məhz soyuq qış gecəsində, 20-25 dərəcə şaxta olduğu bir zamanda dəhliz yaradılmışdı? Niyə Xocalı sakinləri öz evlərindən çıxmalı idi? Məgər bu, etnik təmizləmə deyildimi? Ona görə də hesab edirəm ki, biz bütün diqqəti bu istiqamətə yönəltməliyik".

R.HÜSEYNOVA

Digər xəbərlər