PDF Oxu

Siyasət

  • 32

“Xocalı soyqırımı - bəşəriyyətin faciəsi” TƏDBİR

“Xocalı soyqırımı - bəşəriyyətin faciəsi” TƏDBİR

"Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi" İctimai Birliyindən SİA-ya verilən xəbərə görə, Saatlı rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, H. Əliyev Mərkəzi və "Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Xocalı soyqırımı - bəşəriyyətin faciəsi" adlı konfrans keçirilib. Tədbirdə Sabirabad rayon M. Ə. Sabir adına 1 saylı orta məktəbin şagirdləri və müəllimlərinin hazırladıqları "Xocalıya ədalət" adlı flashmob nümayiş etdirilib. Sonra Saatlı rayon məktəblərinin təşkil etdiyi rəsm sərgisi keçirilib.Daha sonra Konfrans Xocalıda ermənilər tərəfindən amansızlıqla qətlə yetirilən soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov Xocalı soyqırımı, ermənilərin törətdikləri vəhşiliklərlə bağlı konfrans iştirakçılarına məlumat verib. O əlavə edib ki, rayon gəncləri bütün gücü ilə bu faciənin tanıdılması istiqamətində fəaliyyət göstərir.Ələddin Şükürov adına orta məktəbin şagirdləri tərəfindən hazırlanmış "Tarixi faciəni unutmayaq" adlı ədəbi-bədii kompozisyasının təqdimatından sonra "Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi" İctimai Birliyinin üzvü Vüsal Əhmədov çıxış edərək XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı faciəsinin dünyada soyqırım kimi tanınması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya Ədalət" kampaniyasından danışıb: "Gec-tez beynəlxalq aləm bu qanlı faciəni törədənləri ədalət məhkəməsinə cəlb edəcək. Təmsil etdiyim təşkilatın könüllülərinin Xocalı soyqırımının ildönümü ilə əlaqədar təşkil etdiyi tədbirlər xocalılara diqqət va qayğının təcəssümüdür".Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai - siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova isə öz çıxışında Xocalı faciəsinin xalqımızın qan yaddaşı olduğunu, tarixi faciələrimizin heç vaxt unudulmayacağını konfrans iştirakçılarının nəzərinə çatdırıb.Son olaraq Məşədi Əzizbəyov adına 2 saylı məktəbin İngilis dili müəllimi Aygün Süleymanova "Xocalıya Ədalət" kampaniyasına dəstək məqsədilə Beynəlxalq təşkilatlara, ölkəmizdə fəaliyyət göstərən səfirlik və xarici ölkə nümayəndələrinə ingilis dilində müraciət ünvanlayıb.

sia.az

Digər xəbərlər