PDF Oxu

Siyasət

  • 43

Nikol Paşinyan: “Ağır cinayətlərin sayı 7,4% artıb” İTTİHAM

Nikol Paşinyan: “Ağır cinayətlərin sayı 7,4% artıb” İTTİHAM

"Qara maskalıların təşkilatlanmasında hakimiyyətin əli var"

Ermənistan parlamentinin Milli Konqresdən olan fraksiya üzvü Nikol Paşinyan ölkənin polisini, hökumətini və prezidentini sərt şəkildə ittiham edib. O, iqtidarın qara maskalılardan ibarət cəza təşkilatı yaratdığını deyib və qeyd edib ki, polis həmin banda üzvlərinin axtarılıb-tapılması üçün heç bir addım atmır. SİA xəbər verir ki, bu barədə "armtoday" saytı məlumat yayıb. Paşinyanın sözlərinə görə, məhz bunun səbəbidir ki, Ermənistanda ağır cinayətlərin sayı 7,4% artıb. O, eyni zamanda ədliyyə naziri Ovanes Manukyana da sual ünvanlayıb ki, vergi ödəyicilərin həmin ödəmələri hara və kimlərin cibinə gedir?

Erməni deputatı bəyan edib ki, ölkədə hər addımbaşı kameralar quraşdırılıb. Lakin buna rəğmən, qara maskalı şəxslər insanları oğurlayır, döyür və nədənsə həmin kameralara düşmürlər.

sia.az

Digər xəbərlər