PDF Oxu

Siyasət

  • 38

Ziyafət Əsgərov: “Dünyadakı kor gözlər açılmalıdır”

Ziyafət Əsgərov: “Dünyadakı kor gözlər açılmalıdır”

Ermənistanın tez-tez atəşkəsi pozması onların öz başında çatlayacaq

"Ermənistanda baş verənlər Sarkisyanın öz oyunlarıdır". SİA-nın məlumatına görə, bunu Milli Məclisinin 1-ci vitse-spikeri Zifayət Əsgərov jurnalistlərə açıqlamasında deyib.Z. Əsgərov deyib ki, cinayətkar Sarkisyan beynəlxalq məhkəmə qarşısında cavab verəcək: "O gün olacaq, bunu siz yüz faiz əmin olun. Əgər o əməllərinə görə, cavab verməsə, önündə dayandığımız bu "Ana"nın ruhu bizi bağışlamaz. Abcaq, onu Ermənistandan qovacaqlar, nə edəcəklər bilmirəm, ama bu məsələni həll etmir"."Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə aparılan "Xocalıya Ədalət" kampaniyasının əsas məqsədlərindən biri də ondan ibarətdir ki, o Avropadakı kor gözlər açılsın. Görsünlər ki, nələr baş verir. Nədən buna gözünüzü yumursunuz? Bu qədər biganəlik olmaz axı. Bəzən xarici ölkələrin deputatları bu məsələni eşidəndə təəccüblə deyirlər ki, ola bilməz 20-ci əsrdə belə bir hadisə baş versin. Amma baş verib. Ona görə də buna münasibət bildirilməlidir. Yəni kor gözlərin açılması üçün bu kampaniyanın çox böyük əhəmiyyəti var" – Z. Əsgərov vurğulayıb.Z. Əsgərov qeyd edib ki, bu kampaniyanın, təbliğatın genişlənməsi üçün Türkiyə Azərbaycana çox böyük dəstək göstərir. Birinci vitse-spiker Ermənistan tərəfindən atəşkəsin tez-tez pozulması hallarına da münasibət bildirib: "Ermənistanın atəşkəsi tez-tez pozmaqla öz əhalisinin diqqətini ölkə daxilindəki sosial-iqtisadi problemlərdən yayındırmaq istəyir. Ümumiyyətlə Ermənistanda dövlət deyilən anlayışı şərti mənada işlədilir. Yəni Ermənistan bizim başa düşdüyümüz dövlət deyil, sadcə bir siyasi qurumdur. Kimlər tərəfindən idarə olunduğunu bilirsiniz. Ona görə də onun öz gücündə deyil ki, burada hansısa, müharibəni aparsın. Buna onun nə siyasi, nə iqtisadi, nə də hərbi potensialı var".Z. Əsgərov vurğulayıb ki, Ermənistanın tez-tez atəşkəsi pozması onların öz başında çatlayacaq.

sia.az

Digər xəbərlər