PDF Oxu

Siyasət

  • 17

“Azəryolservis” ASC-də Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

“Azəryolservis” ASC-də Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bu gün Nəqliyyat Nazirliyi" Azəryolservis" ASC-də Xocalı qurbanlarının xatirəsinə həsr olunan anma tədbiri keçirilib. Nəqliyyat nazirliyi "Azəryolservis" ASC-in mətbuat katibliyindən SİA-ya verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Tədbiri giriş sözü ilə açan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-in sədr əvəzi Saleh Məmmədov xalqımızın ən yaxın tarixinin dəhşətli faciəsi olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.Xocalı qətliamını 20-ci əsrin ən dəhşətli faciəsi kimi qiymətləndirən Saleh Məmmədov ermənilərin xalqımıza qarşı törətdikləri digər dəhşətli qətliamlardan da danışıb. Bildirib ki, ötən 23 il bizi bu qanlı faciədən uzaqlaşdırmasına baxmayaraq, xalqımız bu acını daim hiss edir. Xocalı soyqırımına yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymətin verildiyini qeyd edən sədr əvəzi ayrı-ayrı ölkələrdə bu faciəyə həsr edilən tədbirlərin əhəmiyyətini vurğulayıb.Onun sözlərinə görə, Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən ölkə başçısı cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu istiqamətdə önəmli addımlar atılıb.Nəqliyyat Nazirliyi" Azəryolservis" ASC-in YAP ilk partiya təşkilatı sədrinin müavini Əvəz Qocayev Xocalı qətliamını bəşər tarixində qanlı hadisə kimi qiymətləndirərək bildirib ki, Xocalıda ermənilər tərəfindən yüzlərlə əliyalın insan - qoca, cavan, uşaq, qadın amansızlıqla qətlə yetirilib, şəhər yerlə-yeksan olunub. O, təəssüflə bildirib ki, o vaxt erməni separatçıları ilə döyüşdə Xocalı əhalisinə köməklik göstərilməyib, eyni zamanda bu soyqırımı barədə heç bir məlumat yayılmayıb.Ə. Qocayev vurğulayıb ki, yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib.Tədbirdə vurğulanıb ki, hər bir azərbaycanlı dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşməli, xalqımıza qarşı törədilmiş bu soyqırımın dünyaya yayılmasında yaxından iştirak etməlidir".

sia.az

Digər xəbərlər