PDF Oxu

Siyasət

  • 33

Neftçalada Xocalı şəhidlərinin xatirəsi anılıb

Neftçalada Xocalı şəhidlərinin xatirəsi anılıb

Neftçalada uşaqların Xocalıya həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi açılıb.

AzərTAc xəbər verir ki, Xocalı soyqırımı ilə bağlı anma mərasimi şəhərin mərkəzi meydanında faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin önündən başlanıb. Rayon ictimaiyyətinin nümayəndələri, icra strukturlarının rəhbərləri, şagirdlər abidənin önünə gül dəstələri düzərək, şəhid xocalıların xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra neftçalalılar rayon mədəniyyət evində uşaqların Xocalıya həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

AzərTAc

Digər xəbərlər