Beyləqan rayon mədəniyyət evində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar "Xocalı naləsi – bir ananın fəryadı" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
AzərTAc xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri, N saylı hərbi hissənin əsgər və zabitləri əvvəlcə mədəniyyət evinin foyesində Xocalı faciəsinə həsr olunan foto və rəsm sərgisinə baxıblar.
Azərbaycan Yazıçılar Birliyinin Beyləqan rayon bölməsinin sədri Asif Cəfərlinin eyniadlı əsərinin motivləri əsasında hazırlanan kompozisiya şəhər texniki təmayüllü məktəbinin şagirdləri tərəfindən təqdim olunub.
AzərTAc