PDF Oxu

Siyasət

  • 36

YAP Gənclər birliyi Qazax rayon təşkilatının 4-cü konfransı keçirildi

YAP Gənclər birliyi Qazax rayon təşkilatının 4-cü konfransı keçirildi

Fevralın 25-də YAP Gənclər Birliyi Qazax rayon təşkilatının 4-cü konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla ediblər.

Daha sonra YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edərək YAP Gənclər Birliyinin yaranmasından, ötən müddət ərzində görülən işlərdən, həyata keçirilən tədbirlərdən ətraflı danışıb.

Qeyd edib ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, ölkədə gedən proseslərin önündə olmuşdur: "Gənc nəsil istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etmişdir. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil etmişdir. Gəncliyin inkişafı dövlətin sosial siyasətinin vacib tərkib hissələrindən biridir. Gənclər siyasəti gənclərin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər kompleksidir. Dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının hazırlanmasını və qəbulunu zəruri edir. Bununla əlaqədar möhtərəm Prezidentimiz Cənab İlham Əliyev 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası barədə Sərəncam imzalamışdır".

Konfransda YAP Gənclər Birliyi Qazax rayon təşkilatının sədri Vüsal İsmayılov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir: "Gənclərə verilən dəstək həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır. Təsadüfi deyil ki, bu gün həyata keçirilən dövlət siyasətin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. Ümumiyyətlə, Azərbaycanda gənclər dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır".

Çıxışda vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi öz fəaliyyətini müxtəlif istiqamətdə quraraq, cənab Prezident İlham Əliyevin daxili və xarici siyasət strategiyasını dəstəkləyərək ölkənin içtimai-siyasi və mədəni həyatında yaxından iştirak etməyə çalışmışdır. Son beş ildə keçrilmiş olan prezident, parlament və bələdiyyə seçkilərində təbliğat və təşviqtın təşkil olunmasında yaxindan iştirak edərək Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli surulmüş namizədlərin xalq arasında təbliğində mühüm rol oynamışlar. Bundan əlavə 23 dekabr 2014-cü ildə keçrilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan partiyası tərəfindən namizədliyi irəli sürülənlər icərisində 52 nəfəri yəni 32%-i gənclər olmuşdur ki, onlardan 47 nəfəri yəni 29%-i rayon seçicilərinin etimadını qazanaraq bələdiyyə üzvü seçilmişdir.

Sonra məruzə ətrafında çıxışlara yer verilib. YAP Gənclər birliyi Qazax rayon təşkilatı Sement Zavod Ərazi ilk partiya təşkilatının sədri Zaur Əliyev, YAP Gənclər birliyi Qazax rayon təşkilatı AMİ Qazax filialı ərazi ilk partiya təşkilatının sədri Sənəm Namazova, YAP Gənclər Birliyi Qazax rayon təşkilatı partiya fəalı Mustafayev Emin, YAP Gənclər Birliyi Qazax rayon təşkilatı Qazax Dövlət Sosial İqtisadi Kolleci ərazi ilk partiya təşkilatının sədr müavini Əzizov Akşin çıxış edərək Azərbaycanda gənclər siyasətindən, onlara göstərilən dövlət dəstəyindən ətraflı danışdılar. YAP Gənclər Birliyi Qazax rayon təşkilatı Qazax gənclərinin hesabatı dövrü ərzində gördüyü işləri qənaətbəxş qiymətlədirdilər.

YAP İcra Katibliyinin məsul işçisi Rəfael Gülməmmədov, "Səs" Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxış edərək müasir Azərbaycan gənclərinin cəmiyyətdə və partiyada rolundan, dövlət gənclər siyasətinin həyata keçirilməsindən ətraflı danışdılar, gənclərə tövsiyyələrini verdilər.

Konfransada Vüsal İsmayılov yenidən YAP Gənclər birliyi Qazax rayon təşkilatının sədri seçilib.

sia.az

Digər xəbərlər