PDF Oxu

Siyasət

  • 37

Bahar Muradova: “Qondarma “məhkəmə” şousu...”

Bahar Muradova: “Qondarma “məhkəmə” şousu...”

"Girov götürülmüş azərbaycanlılar üzərində qurulmuş qondarma "məhkəmə" şousu dünya ictimaiyyətinə Dağlıq Qarabağ adlı qondarma bir rejimin və onun hüquq-mühafizə orqanlarının olduğunu, hətta "ədalət" adına hökm çıxarıldığını təbliğ etmək məqsədi daşıyır". Bunu SİA-ya açıqlamasında Milli Məclisinin vitse-spikeri Bahar Muradova deyib.B. Muradova bildirib ki, azərbaycanlıların öz respublikası ərazisində hərəkət sərbəstliyinə məhdudiyyət yaratmaq, onları öz ev-eşiklərinə getməkdən məhrum etmək və buna görə onları cəzalandırmaq heç də onların məqsədlərinə xidmət etməyəcək və dünya ictimaiyyəti bunun mahiyyətini anlayır: "Bu istiqamətdə aparılan məqsədyönlü iş ABŞ Dövlət Departamentinin bu məsələ ilə bağlı nəhayət, açıqlama verməsinə gətirib çıxarıb. Məhz girov götürülən azərbaycanlıların "apelyasiya məhkəməsi"nin bu günə salınması heç də təsadüf deyil. Onlar bununla Azərbaycana növbəti mesaj vermək istəyirlər. Amma hesab edirəm ki, azərbaycanlı girovların qondarma "məhkəmə"dəki çıxışı onların heç bir günah sahibi olmadıqlarını, buna görə də onlar haqqında "hökm"ün çıxarılmasının ədalətli olmamasını bəyan etmələri, onlara ciddi etirazlarını bildirməsi göstərir ki, bu insanlar, onlara göstərilən təzyiqlərin fonunda heç də sınmayıblar, iradəcə möhkəmdirlər, qürurlu azərbaycanlılardır və canlarından keçməyə belə hazırdırlar".

sia.az

Digər xəbərlər