Gəncə şəhəri Yeni qəsəbədə Kəlbəcər rayon İcra hakimiyyətinin akt zalında YAP Kəlbəcər rayon təşkilatı Gənclər birliyinin IV hesabat seçki konfransı keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanan dövlət himmni səsləndirildikdən sora konfrans öz işinə başlayıb. Partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin, o cümlədən, 20-ci əsrin ən qanlı faciəsi kimi tarixə yazılmış Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov bildirib ki, ötən əsrin 1990-cı illərinin əvvəllərində ölkədə anarxiya hökm sürürdü. Azərbaycan müstəqillik əldə etsə də onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz həmin dövrdə hakimiyyətdə olan qüvvələrin Yeni Azərbaycan Partiyasının konfransının Bakı şəhərində keçirilməsinə imkan verilmədiyinə görə, konfrans 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində baş tutdu: "Respublikanın şəhər və rayonlarında 550 nəfər nümayəndənin iştirak etdiyi konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar partiyanın Proqramı və Nizamnaməsi qəbul edildi. Beləliklə YAP böyük bir güc mərkəzi kimi ölkənin ictimai-siyasi həyatına daxil oldu".
Akif Əsgərov ölkədə gənclərə olan diqqət və qayğıdan söz açdı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra YAP Kəlbəcər rayon təşkilatı Gənclər birliyinin sədr əvəzi Malik Balayev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, ötən dövrdə görülən işlər öz səmərəsini verib. O, bildirib ki, YAP Kəlbəcər rayon təşkilatının 1730 nəfər gənc üzvü var. Gənclər rayonun ictimayi-siyasi həyatında fəallıq göstərirlər.
M.Balayev son olaraq onu da qeyd edib ki, YAP Kəlbəcər rayon təşkilatı Gənclər birliyi partiyanın Sədri Cənab İlham Əliyevin ölkədə uğurla həyata keçirdiyi siyasi kursa biganə qalmayıb müxtəlif səviyyəli tədbirlərdə onların təşkilində yaxından iştirak edib: "Keçən müstəqillik dövrndə təşəkkül tapmış Yeni Azərbaycan Partiyası bu gün sağlam düşüncəli vətənpərvər, yüksək intelektə və biliyə sahib gəncləri öz ətrafında birləşdirərək ölkəmizi dünyada tanıtdırmaq üçün var qüvvələri ilə çalışırlar".
Tədbirdə gənc partiya üzvüləri Səlim Səlimov "Heydər Əliyev yolu uğurlu davam", Asəf Muxtarov "Azərbaycan gəncliyi vətənpərvərlik nümunəsi", Faiq Kamranzadə "Prezident İlham Əliyevin gənclər siyasəti" mövzularında ətraflı çıxışlar ediblər. YAP Kəlbəcər rayon təşkilatı Qadınlar şurasının sədri Vüsalə Əsədova isə ölkə ictimayətini narahat edən gənclərin pis vərdişlər (narkomaniya, alkoqolizm) və erkən nikahların bağlanmasının cəmiyətə mənfi təsir etməsi barədə danışaraq, valideyinləri, müəllimləri və YAP-çı gənləri ayıq-sayıq olmağa, bu sahədə təbliğatçı olmağa çağırıb.
Çıxışlardan sonra raon təşkilatı Gənclər birliyinin konfrans dövrndəki fəaliyyəti qənaətbəxş hesab olundu. Sonra təşkilati məsələlərə baxıldı.YAP Kəlbəcər rayon təşkilatı Gənclər birliyinin Şura üzvüləri seçildi. Malik Balayev YAP Kəlbəcər rayon təşkilatı Gənclər birliyinin sədri seçildi. Şaiq Məmmədov və Vüsal Şükürov sədr müavinləri seçildilər. Həmçinin Yeni Azərbaycan Partiyası Gənclər birliyinin konfransına nümayəndələr seçildi.
Konfransın işində iştirak edən "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev və YAP Mərkəzi Aparatının məsul işçisi Rəfael Gülməmmədov çıxış edərək, yeni seçilmiş tərkibə və konfransa seçilmiş nümayəndələrə uğurlar diləyiblər, onlara işlərində müvəffəqiyyətlər arzulayıblar. Bununla da konfrans öz işini yekunlaşdırıb.
sia.az