PDF Oxu

Siyasət

  • 33

Donald Tramp: “Bütün dünya bizə gülür” İTTİHAM

Donald Tramp: “Bütün dünya bizə gülür” İTTİHAM

Tanınmış amerikalı milyarder maqnat Con Donald Tramp ABŞ-da 2016-cı ildə keçiriləcək prezident seçkilərinə qatılmağı planlaşdırıb. SİA xəbər verir ki, o, bu barədə "The Washington Post"a verdiyi müsahibəsində deyib.

Trampın sözlərinə görə, çoxları onun bu qərarının əyləncə olduğunu düşünür və bəziləri hesab edir ki, onun prezident seçkilərinə qatılmasının səbəbi diqqətləri öz üzərinə cəlb etmək üçündür. Lakin maqnat bunun heç də belə olmadığını deyib: "Bu, zarafat deyil və söhbət əyləncədən getmir. Mən artıq Respublikaçılar partiyasını təmsil edən nüfuzlu funksionerləri ilə məsləhətləşmələr aparmışam".

Nüfuzlu biznesmen iddia edib ki, o hazırkı siyasi sistemdən narazı olan seçicilərin səsini qazana biləcək. Con Donald Tramp həmin iddiasını bu cür əsaslandırıb: "Bütün dünyanın insanları bizə gülür. Çin bizə məxsus iş yerlərini zəbt edir. Yaxın Şərqdə isə vəziyyət o həddə çatıb ki, insanlar bizim "İslam Dövləti" ilə mübarizədə zəif olduğumuzu deyirlər. Ölkəmizi isə qeyri-ciddi insanlar idarə edir və şəxsən mən bundan yorulmuşam".

sia.az

Digər xəbərlər