PDF Oxu

Siyasət

  • 40

Hikmət Hacıyev: “Girovların azad edilməsi istiqamətində işimiz davam edəcək” AÇIQLAMA

Hikmət Hacıyev: “Girovların azad edilməsi istiqamətində işimiz davam edəcək” AÇIQLAMA

"Erməni hərbiçiləri tərəfindən girov götürülən Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində təşkil olunmuş qurama məhkəmənin heç bir hüquqi əsası yoxdur". SİA-nın məlumatına görə, bunu bu gün Azərbnaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərlə birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.XİN sözçüsünün sözlərinə görə, Ermənistan məhkəməsi tərəfindən qəbul edilmiş qərar heç bir hüquqi məsuliyyət kəsb edə bilməz: "Bu soydaşlarımız Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində girov götürülüblər. Tərəfimizdən müsbət qiymətləndirilir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və eyni zamanda bu ölkələrin yüksək səviyyəli rəsmi şəxsləri tərəfindən girovların azad edilməsi ilə əlaqədar Ermənistan tərəfinə ciddi müraciətlər olunub. Təbii ki, biz bunu yüksək qiymətləndiririk. Amma təəssüflər olsun ki, Ermənistan tərəfindən bu məsələdə də destruktiv bir siyasət həyata keçirilir. Bu da Ermənistanın 2014-cü ildə daha da şiddətlənən təxribatçılıq siyasətinin bir tərkib hissəsidir. Təbii ki, bütün bunlar da danışıqlar prosesinə xələl gətirmək məqsədi daşıyır. Ona görə də Azərbaycan Respublikası tərəfindən beynəlxalq ictimaiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri ilə girovlarımızın azad edilməsi istiqamətində fəaliyyətimiz davam etdiriləcək".

sia.az

Digər xəbərlər