Prezident İlham Əliyevin gənclərlə bağlı qəbul etdiyi dövlət proqramları gənclərin öz gələcəklərinin təmin edilməsində əhəmiyyətli rol oynayır
Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Gənclərin potensialından düzgün istifadə, bu istiqamətdə siyasətin düzgün qurulması heç şübhəsiz ki, dövlətin gələcəyinin təminatı deməkdir. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icra prosesi uğurla həyata kecirilməkdədir. Söhbət etdiyimiz gənclər təşkilatlarının rəhbərləri Dövlət Proqramının icrasının gənclərin elmi və mədəni inkişafında əhəmiyyətli rol oynadığını bildirdilər.
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov:
- Prezident İlham Əliyevin Azərbaycan gəncləri ilə bağlı qəbul etdiyi dövlət proqramları gənclərin öz gələcəklərinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısı əsasında özünün inellekti, bilik və bacarığı ilə cəmiyyətin aparıcı qüvvəsinə çevrilir. Bütün sahələrdə Azərbaycan gəncliyinin fəaliyyəti hiss olunur. Yəni Azərbaycan gəncləri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Təbii ki, Azərbaycan gənclərinin Prezident İlham Əliyevin ətrafında sıx birləşmələri ölkə rəhbərinin gənclər siyasətində qurduğu təməl siyasətinin uğurlu nəticəsidir.
Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov:
- "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası çox yüksək səviyyədə həyata keçirilir. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Bu gün Azərbaycan gəncləri ölkədə gedən ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə yaxından iştirak edərək öz uğurları ilə seçilirlər. Hazırda ölkədə həyata keçirilən uğurlu gənclər siyasəti bunu deməyə əsas verir ki, Azərbaycan gənclər ölkəsidir.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli:
- Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Cənab Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirilən dövlət-gənclər siyasəti gənclərin inkişafında əhəmiyyətli rola malikdir. Bu gün Azərbaycan gəncliyi bütün sahələrdə Azərbaycan dövlətini çox böyük qurur hissi ilə təmsil edir. Yəni bütün dövrlərdə gənclər hər bir cəmiyyətdə mühüm rola sahib olublar. Ümumiyyətlə, bu gün Azərbaycan gəncləri ölkədə gedən bütün siyasi proseslərdə yaxından iştirak edir. Gənclərimiz bizim gələcəyimizdir. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı gənclərin vətənpərvərlik ruhunda böyüməsində, onları sosal, məişət problemlərinin həllinə mühüm töhfələr verir. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb.
GÜLYANƏ