PDF Oxu

Siyasət

  • 56

Xocalı həqiqətləri dünya ictimaiyyətinə çatdırılır

Xocalı həqiqətləri dünya ictimaiyyətinə çatdırılır

\r\n

\r\n

\r\n Ermənistanın terrorçu hərbi birləşmələri tərəfindən Xocalı şəhərinin xüsusi amansızlıqla məhv edilməsinin 23-cü ildönümü ölkəmizdə olduğu kimi dünya dövlətlərində də qeyd olunur. Diaspor təşkilatları tərəfindən dünya dövlətlərində keçirilən tədbirlərdə qətlə yetirilən dinc sakinlərin xatirəsi anılır, dünyaya bu faciə barədə həqiqətlər bəyan edilir. Bütün bunlar Azərbaycan xalqının ədalətə nail olmasına kömək edəcək. Təcavüzkarlıq və zorakılıq kimi xüsusiyyətlərin daşıyıcısı olan Ermənistanın iç üzünün təqdimi ilə bağlı silsilə tədbirlərin davamı olaraq Azərbaycan Nyu-York Assosiasiyası və digər azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri Xocalı soyqırımının 23-cü ildönümünün anılması və Xocalıda qətlə yetirilən günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi ilə əlaqədar olaraq Ermənistanın BMT-dəki Daimi Nümayəndəliyi qarşısında toplaşıblar. Diasporla İş üzrə Dövlət Komitsəsindən \"Səs\" qəzetinə verilən məlumata görə, mitinq daha sonra BMT-nin mənzil-qərargahı önündə davam edib.

\r\n

\r\n İştirakçılar tərəfindən \"Xocalı Soyqırımı XX əsr bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir\", \"Xocalıya ədalət\", \"Azərbaycan Xocalı faciəsinin qurbanlarını unutmayacaq\", \"Soyqırımı unutma\" və s. kimi şüarlar səsləndirilib. İnsan hüquqlarını kobud, sistematik və kütləvi şəkildə pozan Ermənistandan Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azad edilməsini tələb edən \"Dilqəm Əsgərov və Oqtay Şahbazova azadlıq\" şüarı səsləndirilib.

\r\n

\r\n TÜRKİYƏ

\r\n

\r\n Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri ilə görüşüb. Görüşdə Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına dair məsələlər geniş müzakirə olunub.

\r\n

\r\n Azərbaycan diaspor təşkilatlarının təmsilçilərini Türkiyə Böyük Millət Məclisində görməkdən məmnunluq ifadə edən Necdet Ünüvar Türkiyə-Azərbaycan dostluğundan danışıb. Sonra Xocalı soyqırımından bəhs edən Parlamentlərarası Dostluq Qrupunun rəhbəri N.Ünüvar \"Xocalı qətliamı bizim ortaq dərdimiz, qanayan yaramızdır\" - deyərək, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bildirib. N.Ünüvar dünya ictimaiyyətini, başda BMT olmaqla bütün beynəlxalq qurumları Xocalı soyqırımı və Azərbaycan torpaqlarının işğal altında qalması məsələsinə həssaslıq göstərməyə çağırıb. \"Xocalı qətliamının 23-cü ildönümündə dünyanın Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün addımlar atmasını istəyirik\", - deyən TBMM üzvü ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid edib. O bildirib ki, qrupun 20 ildən çoxdur keçirdiyi görüşlərin, yaydığı bəyanatların heç bir nəticəsi yoxdur: \"Türkiyə və Azərbaycan olaraq ən qısa zamanda nəticələr əldə olunmasını tələb edirik və bəyan etmək istəyirəm ki, biz hər zaman Azərbaycanın yanında olacağıq\".

\r\n

\r\n TADEF rəhbəri Bilal Dündar isə TBMM-in sıx iş qrafikinə baxmayaraq, onları qəbul etdiyi üçün Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qurpunun rəhbəri Necdet Ünüvara təşəkkür edib. Daha sonra B.Dündar iki ölkəni və iki xalqı bir-birinə bağlayan qardaşlıq münasibətlərindən danışıb. O, bu münasibətlərin daha da gücləndirilməsində öz töhfələrini verən təşkilatların fəaliyyətinə də toxunub. TADEF rəhbəri Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində siyasətçilərlə yanaşı, qeyri-hökumət təşkilatlarının da öz fəaliyyətini gücləndirməsinin vacib olduğunu vurğulayıb. TBMM-in bu məsələyə yaxından maraq göstərdiyinə görə B.Dündar rəhbərlik etidiyi federasiyada birləşən təşkilatlar adından Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qurpunun rəhbəri Necdet Ünüvara minnətdarlığını bildirib.

\r\n

\r\n Qeyd edək ki, görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi də iştirak edib.

\r\n

\r\n İSTANBUL

\r\n

\r\n Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Türkiyənin İstanbul şəhərində fotosərgi və konfrans keçirilib. İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi tərəfindən təşkil edilən tədbirə Türkiyə və Azərbaycanın dövlət rəsmiləri, alimlər, mədəniyyət işçiləri və diaspor nümayəndələri qatılıb.

\r\n

\r\n Konfransdan əvvəl iştirakçılar tədbirin keçirildiyi binanın qarşısında əllərində qara şar və plakatlar tutaraq Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər. Daha sonra konfransı giriş sözü ilə açan İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin sədri Səfər Qaraqoyunlu Xocalı soyqırımı barədə danışaraq bu faciənin bütün bəşəriyyət üçün mənəvi ləkə, insanlığa qarşı cinayət olduğunu qeyd edib.

\r\n

\r\n Sonra Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Aqil Abbas, Fəzail İbrahimli, Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek və başqalarının çıxışları dinlənilib. Onlar Xocalı soyqırımının dəhşətlərindən danışaraq qeyd ediblər ki, beynəlxalq ictimaiyyət bu faciəyə hüquqi-siyasi qiymət verməyənədək belə dəhşətli hadisələrin təkrar olunma riski qalacaq.

\r\n

\r\n Sonda tədbir iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən \"Xocalıya ədalət!\" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanmış, Xocalı soyqırımı, digər bölgələrimizdə törədilən cinayətləri əks etdirən kitab, buklet və videomateriallar paylanıb.

\r\n

\r\n BERLİN

\r\n

\r\n Xocalı soyqırımının 23-cü ildönümü günü Almaniyada yaşayan azərbaycanlılar Berlində - Brandenburq Qapıları qarşısında etiraz aksiyası keçirib. Aksiya Berlin Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı və dəstəyi, eləcə də Azərbaycan Tələbə Şəbəkəsinin iştirakilə baş tutub. Mitinqdə Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Siyavuş Novruzov, Rauf Əliyev, Xanlar Fətiyev, Azərbaycan və Türk diaspor təşkilatlarının nümayəndələri iştirak edib.

\r\n

\r\n Avropa Azərbaycanlıları Konqresinin, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin direktoru Samira Patzer-İsmailova Azərbaycan və alman dillərində çıxış edərək Xocalı soyqırımı, bu faciənin dünya ictimaiyyətinə tanıdılması məqsədilə başladılmış \"Xocalıya ədalət!\" kampaniyası haqqında məlumat verib. Millət vəkili Siyavuş Novruzov, Xocalı soyqırımının şahidi, \"Erməni təcavüzünün tanıdılması\" İctimai Birliyinin sədri, yazıçı-jurnalist Səriyyə Cəfərova Azərbaycan həqiqətlərindən danışaraq Avropa ictimaiyyətindən Xocalı soyqırımını tanımağı tələb ediblər.

\r\n

\r\n Aksiya zamanı yerli sakinlərə Xocalı faciəsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında alman və ingilis dillərində məlumatlandırıcı vərəqələr paylanılıb.

\r\n

\r\n FİNLANDİYA

\r\n

\r\n Azərbaycan Respublikasının İsveç Krallığı, Finlandiya və Norveçdəki fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarından Finlandiya Azərbaycan Assosiasiyasının sədri Vasif Muradlı və Azərbaycanlı Qadınlar Cəmiyyətinin rəhbəri Arzu Oqtay Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşüb. Görüşdə qrupun rəhbəri Eero Lehti, deputat Elisabeth Nauclar, parlamentin beynəlxalq əlaqələr üzrə katibi, Teemu Vuorio və başqaları iştirak edib.

\r\n

\r\n Görüşdə səfir Adış Məmmədov Finlandiyada parlamentinin deputatlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması barədə geniş məlumat verib. A.Məmmədov dünya ictimaiyyətinin bu fakta hələ də biganə qalmasını təəssüflə qeyd edib. Görüş zamanı Finlandiya Azərbaycan Assosiasiyasının sədri Vasif Muradlı Xocalı soyqırımının Finlandiya Parlamentində müzakirəyə çıxarılması, tanınması və siyasi qiymət verilməsi ilə bağlı təşkilat tərəfindən hazırlanmış müraciəti E.Lehtiyə təqdim edib.

\r\n

\r\n Görüşün sonunda deputatlara Dağlıq Qarabağ hadisələri ilə əlaqədar rəsmi sənədlər və Xocalı soyqırımını əks etdirən videomateriallar təqdim olunub.

\r\n

\r\n ƏSKİŞƏHƏR

\r\n

\r\n Türkiyənin Əskişəhər Azərbaycanlılar Dərnəyi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar mətbuat üçün brifinq keçirib. Brifinqdə çox sayda soydaşımız, tələbələr, Xocalını Tanıtma İctimai Birliyinin sədri və Xocalı hadisələrini yaşamış soyqırımının şahidləri iştirak edib.

\r\n

\r\n Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın brifinqdə çıxış edərək bildirib ki, 23 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda 613 nəfər azərbaycanlının öldürülməsi tarix boyu türklüyə qarşı törədilmiş cinayətlərdən biridir. \"Bu gün hər platformada sözdə erməni soyqırımından danışanlar Xocalıda, Qarabağda, Şərqi Türküstanda, Təlafərdə yaşananları görmürlər\"- deyə vurğulayan Cavid Aydın qeyd edib ki, Əskişəhər Azərbaycanlılar Dərnəyi olaraq Xocalıda yaşananların insanlığa qarşı törədilmiş cinayət olaraq tanınmasını istəyirik. Daha sonra isə o, Türk siyasətini və mətbuatını bu haqda üzərinə düşən vəzifəni yerinə yetirməyə dəvət edib. Brifinqdən sonra Əskişəhər vətəndaşlarına Xocalı soyqırımıyla bağlı materiallar paylanıb.

\r\n

\r\n Daha sonra İNDEX Təşkilatının dəstəyilə Əskişəhər Azərbaycanlılar Dərnəyi tərəfindən Əskişəhərin Muttalib bölgəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilərək Xocalı Soyqırımı Xatirə Ormanı salınıb.

\r\n

\r\n NƏZAKƏT

\r\n

\r\n

\r\n

Digər xəbərlər