Rusiyada aparıcı bir müxalifət rəhbərinin, keçmişdə ölkə qarşında böyük xidmətləri olmuş şəxsin - Boris Nemtsovun sui-qəsd nəticəsində öldürülməsi Rusiyada çox ciddi nəticələr doğuracaq". Bunu SİA-ya politoloq Qabil Hüseynli söyləyib.Onun sözlərinə görə, proses narazı kütlənin sayının artmasına gətirib çıxaracaq: "Müxalifətin birləşməsi prosesi daha da sürətlənəcək. Bu birlik əvvəlkindən xeyli fərqlənəcək. Eyni zamanda Vladimir Putinin reytinqi düşməkdə davam edəcək".Politoloq güman etmir ki, Boris Nemtsovun qatilləri tapılacaq: "Bu qatillərin tapılmaması da məsələni daha da kəskinləşdirəcək".
sia.az