PDF Oxu

Siyasət

  • 29

Elşad Mirbəşiroğlu: “Məktubun müsbət nəticələri ola bilər”

Elşad Mirbəşiroğlu: “Məktubun müsbət nəticələri ola bilər”

"PKK terror təşkilatının lideri Abdullah Öcalanın öz silahdaşlarına silahı yerə qoymaqları barədə ünvanladığı məktubun müsbət nəticələri ola bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.Onun sözlərinə görə, Abdullah Öcalanın ünvanladığı bu məktub Türkiyədə etnomilli zəmindəki gərginliyin müəyyən dərəcədə azalmasına gətirib çıxara bilər: "Son dövrlərdə PKK silahlıları ilə Türkiyə höküməti arasındakı gərginlik nisbətən azalmışdı. Bir neçə il öncə bu məsələyə aydınlıq gətirmək üçün müəyyən addımlar atılırdı. Hətta bir zamanlar Abdullah Öcalanın azadlığa buraxılması məsələsi gündəmə gəlmişdi. Yəni bu məsələnin bazisi artıq çoxdandır hazırlanırdı. Bu baxımdan Abdullah Öcalanın öz tərəfdaşlarına silahları yerə qoymaları ilə bağlı məktub ünvanlamasının bütövlükdə Türkiyədə sabitliyin təmin olunması baxımından çox müsbət nəticələri olacaqdır".

sia.az

Digər xəbərlər