PDF Oxu

Siyasət

  • 37

YAP rəsmisi BMT-dən danışdı

YAP rəsmisi BMT-dən danışdı

Bu gün Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 23 il keçir. Bu nüfuzlu təşkilata üzv qəbul olunmaq Azərbaycan üçün nə ilə yadda qalıb?SİA-nın xəbərinə görə, YAP icra katibinin müavini, Azərbaycan-Amerika parlamentlərarası işçi qrupunun üzvü, Siyavuş Novruzov Modern.az-a açıqlamasında Azərbaycanın BMT-yə üzv qəbul olunmasının üstünlüklərindən danışıb."Dünyada 2 mindən artıq xalq var. Bu xalqların yalnız 200-nün dövləti var. Təxminən 200-ə yaxın dövlət də BMT-nin üzvüdür. Azərbaycanın BMT-nin üzvü olması xalqımızın, dövlətimizin tanınmasıdır, gələcəkdə də Azərbaycan dövlətinin olacağının sübutudur. BMT bütün dövlətlərin ən ali orqanıdır. Orada qəbul edilən Dağlıq Qarabağ və onun ətrafındakı 4 rayonun azad olunması ilə əlaqədar qətnamələrin yerinə yetirilməməsinə baxmayaraq, digər ölkələr bu cür qətnamələri yerinə yetirir. Artıq BMT-nin qəbul etdiyi hüquqi qərar hər bir ölkənin hüquqi bazasıdır. Beynəlxalq müqavilə və sazişlərdə də göstərilir ki, birinci növbədə qoşulduğumuz beynəlxalq müqavilələrə riayət edirik, sonra daxili qanunvericiliyə. O baxımdan da BMT-nin qəbul etdiyi bütün qətnamə və qərarlar hər bir dövlət üçün qeyd-şərtsiz yerinə yetirilməlidir. Ona görə də bu təşkilatın üzvü olmaq vacib şərtlərdən biridir. Ən əsası odur ki, müstəqillik dövründə bir çox dövlətçilik tarixi olan təşkilatları çıxmaq şərtilə Azərbaycan 2 il BMT-nin Təhlükəsizlik Şurasına səsvermə yolu ilə sədrlik edib. Bu 23 il ərzində Azərbaycanın apardığı siyasət, beynəlxalq nüfuzu, Azərbaycana olan diqqətdən irəli gəlirdi. Bunun özü də böyük şərtlərdən biridir"- deyə, S. Novruzov bildirib. YAP icra katibinin müavini həmçinin söyləyib ki, BMT nüfuzlu təşkilat olsa da, bəzi məsələlərdə, o cümlədən girovların geri qaytarılmasında konkret iş görməyib: "Bu cür məsələlər bəzi dövlətlərin ikili yanaşmasından irəli gəlir. BMT-yə daxil olan bəzi dövlətlər ikili standartlarla məsələlərə yanaşır. BMT-nin hüquqi bazasına deyil, sadəcə olaraq o dövlətlərin təzyiqi və siyasəti nəticəsində son dövrlərdə belə bir qərarlar qəbul olunmağa başlayıb. İraq, Əfqanıstan hadisələrini götürə bilərik. BMT-nin və NATO-nun bir çox üzvləri səs vermədən də ayrı-ayrı dövlətlər öz siyasətlərini reallaşdırdı və həyata keçirdi. Bu cür hallar qismən də olsa BMT-nin nüfuzuna ziyan gətirir. Onun icazəsi olmadan, qəbul etdiyi qərarları yerinə yetirməyən, yaxud qəbul edilən qərarlara baxmayaraq, bir dövlət digər dövlətin ərazisini işğal edib. O baxımdan, həmin dövlətlərin yanaşma tərzində dəyişiklik olmalıdır ki, sabah ona qarşı da belə hal ola bilər". (modern.az)

sia.az

Digər xəbərlər