"Təbii ki, müxalifətin liderlərindən biri Boris Nemtsovun qətli Rusiyada müəyyən gərginlik yaradacaq. Amma indiki şərtlərdə bu real görünmür". Bunu SİA-ya Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa deyib.Onun sözlərinə görə, Rusiya cəmiyyətində mövcud aqressivlik və müharibə ab-havasının genişlənməsi nəyisə dəyişməyəcək: "Amma hərhalda bu, Rusiya hakimiyyəti üçün ciddi rəyin formalaşması üçün yekun bir vəziyyətdir. Çünki Ukrayna məsələsi, müharibə və başqa məsələlərdən sonra artıq istənilən addımın atıla biləcəyi, rus cəmiyyətində bütün müxalif fikrin susdurula biləcəyi istiqamətində qəti fikir oturmağa başlayıb. Hesab edirəm ki, bu məsələnin Rusiya hakimiyyəti üçün faydası olmayacaq".
sia.az