PDF Oxu

Siyasət

  • 32

Hikmət Babaoğlu: “Onların bu təşəbbüsü uğursuzdur” AÇIQLAMA

Hikmət Babaoğlu: “Onların bu təşəbbüsü uğursuzdur” AÇIQLAMA

Ümumiyyətlə "Milli Şura" fəaliyyətsiz qurumdur". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Milli Şura"nın martın 15-nə planlaşdırdığı aksiyaya münasibət bildirərkən deyib.Baş redaktorun sözlərinə görə, hətta "Milli Şura"ya qurum demək də doğru deyil: "Sadəcə onlar mətbuat səhifələrində mövcud olan bir neçə şəxsdən ibarət qeyri-müəyyən xaricdən gələn drektivlərlə fəaliyyət göstərən insanlardır. Buna görə də onlar öz fəaliyyətlərini cəmiyyətin daxili sosial sifarişi əsasında qura bilmədikləri üçün antiazərbaycançı mərkəzlərin göstərişi ilə hərəkət edirlər. Görünür bu da növbəti sifarişdir. Çünki Azərbaycan ictimai-siyasi həyatında hansısa mitinqi və yaxud hansısa kütləvi aksiyanı tələb edən özəl sifariş yoxdur. Onsuzda onların təşkil etdikləri mitinqə özlərindən başqa heç kim gəlmir. Qrant alan və konkret olaraq maddi maraq əsasında gələn insanlardan başqa orada heç kim iştirak etmir. Təbii ki, bu, bəri başdan uğursuzluğa düçar olacaq. Onların bu təşəbbüsü uğursuzdur".

sia.az

Digər xəbərlər